. Love.az

Harayci Qu Qusu - Wikipedia - Love.az

Ana Səhifə - Harayci Qu Qusu

Harayçı qu (lat. Cygnus cygnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.

Harayçı qu quşu
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Pangalloanserae
Dəstəüstü:
Galloanserae
Klad:
Odontoanserae
Klad:
Anserimorphae
Dəstə:
Qazkimilər
Yarımdəstə:
Anseres
Fəsiləüstü:
Anatoidea
Fəsilə:
Ördəklər
Yarımfəsilə:
Anserinae
Cins:
Qu
Növ:
Harayçı qu quşu
Beynəlxalq elmi adı
  • Cygnus cygnus L., 1758[1][2][…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  174990
NCBI  219595
EOL  45510546
FW  369505

Uzunluğu 140-160 sm, qanadlarının genişliyi 205-235 sm-dir. Çəkisi 8-15 kq arasında dəyişir.

Mündəricat

  • 1 Statusu
  • 2 Qısa təsviri
  • 3 Yayılması
  • 4 Yaşayış yeri və həyat tərzi
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Əhali üçün əhəmiyyəti
  • 7 Qorunması üçün qəbul edilmiş tədbirlər
  • 8 Qorunması üçün məsləhət görülmüş tədbirlər
  • 9 İstinadlar
  • 10 Həmçinin bax

Statusu

redaktə

Adi saylıdır.

Qısa təsviri

redaktə

Fısıldayan qulələyə oxşayır, lakin ondan az kiçikdir (5-10 kq). Xoş səsi var: “anqa-a, anqa-a”. Rəngi qar kimi ağdır. Dimdiyi qaradır, yalnız ucu sarıdır. Suda və yerdə boynunu dik saxlayır. Dimdiyinin sarı hissəsi üçbucaq formalı qara rəngə daxil olur; qara və sarı rənglərin birləşməsi iti bucaq əmələ gətirir. Cavan quşun dimdiyi çəhrayıdır, yalnız ucu qaradır.

Yayılması

redaktə

Reproduktiv arealı Avropa və Asiyada yerləşib. Azərbaycana qışlamaq üçün gəlir və buradan keçən miqrant populyasiyası da var. Əsas qışlama yeri Xəzər dənizi və düzənlik rayonlarda olan böyük hövzələrdir. Adətən dekabr ayında gəlir, fevralda-martda reproduksiya yerinə (vətəninə) qayıdır. Amma qalın qarlı-şaxtalı illərdə ləngiyib aprel ayına qədər qalır, hətta populyasiyasının müəyyən qədəri qırılır.

Yaşayış yeri və həyat tərzi

redaktə

Ruhani mədəniyyətli yerli əhali qulələk cinsinə (Cygnus) "Məlakə" adı verib. Azərbaycanda tək-tək ovçulardan savayı heç kim bu quşa atəş açmır. Ona görə də populyasiyanın sıxlığı dinamik-stabil qalır.

Məhdudlaşdırıcı amillər

redaktə

Qışın uzun müddət qarlı-şaxtalı keçməsi, Rusiyada daha çox sərt olması.

Əhali üçün əhəmiyyəti

redaktə

Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

redaktə

Ovlanması qadağandır. Ramsar, Bern konvensiyalarına və AEWA sazişinə daxildir. Şirvan, Ağgöl və Abşeron milli parklarında, Qızılağac Dövlət Təbiət Qoruğunda nəzarət altında saxlanılır.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

redaktə

Ekoloji qanunçuluğa tam riayət olunması, qış sərt keçən vaxtlarda əsas qışlaq yerlərində əlavə yemləndirilməsi.

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
  2. ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Harayçı_qu_quşu&oldid=7070577"
LOVE.AZ