Haxıs — İrəvan quberniyasının Eçmiadzin qəzasında, Vedibasar mahalının Vedi rayonunda kənd.[1][2]
Haxıs | |
---|---|
Ölkə |
![]() |
Rayon | Vedi rayonu |
1590-cı ilə aid türkcə mənbədə kəndin adı "Heks" kimidir[3]. 1728-ci ilə aid mənbədə Xınzirək nahiyəsində Haxs kimdir[4][5]. Ehtimal ki, türk dillərində haxıs, haxış "dəstə", "alay", "yığın" (Azərbaycan dilində yallının bir növü olan "haxışda" oyunun adında olduğu kimi") sözündəndir. 1593-cü ilə aid mənbədə Gəncə vilayətində Ahiştabad (əsli Ahiştaabad) sancağının adı qeyd olunur[6]
1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. 1945-ci ildə kənd ermənicə Tsorap adlandırılmışdır. 1728-ci ilə aid mənbədə kəndin adı "Hekis" kimidir[7][8].