Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü.
Adi daşsarmaşığı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Adi daşsarmaşığı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii halda Qərbi Avropada meşələrdə bitir.
Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
İsti yay günlərində tor gənəsi və yastıca ilə yoluxur, nəmişliyin çoxluğundan yarpaqlarda qara xallar əmələ gəlir. pH təxminən 6 nisbətdə olmalıdır; işıqlı yerdə əkmək lazımdır, ancaq düz düşən günəş şüalarından qorunmalıdır. Qışda 10°C temperatura davam gətirir.
Abşeronda, Alazanda, Murovdağda, Ağrıçayda, Cənub zonasında, Gəncədə, Zaqatalada, Naxçıvanda aşağı yaruslarda bitir.
Abşeronda yaşıllaşdırmada, canlı çəpərlərin salınmasında istifadə olunur. Aşağıdakı sortları məlumdur: Qrin Ripl (Green Ripple') zoğlarının uzunluğu 5 m-ə qədər olan yaşıl sortdur. Kanar sarmaşığı (Hedera canariensis) iri, uzunluğu 20 sm-ə qədər olan, tünd-qırmızı saplaqlı yavaş böyüyən növdür. Qlöar de Marenqo (Gloire de Marengo) tünd yaşıl yarpaqlarında ağ xalı olan, çox yayılmış sortdur. Qoldxeld (Goldchild) yaşıl yarpaqları sarı haşiyəlidir.