. Love.az

Helena Adasi - Wikipedia - Love.az

Ana Səhifə - Helena Adasi

Helena adası (ing. Helena Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).

Helena adası
ing. Helena Island
Ümumi məlumatlar
Sahəsi 326 km²
Uzunluğu
  • 41 km
Eni 13 km
Hündür nöqtəsi 220 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
76°39′00″ şm. e. 101°04′00″ q. u.HGYO
Ölkə  Kanada
Vilayət
  • Nunavut
Akvatoriya
  • Şimal Buzlu okean
Helena adası xəritədə
Helena adası
Helena adası

Coğrafiyası

redaktə

Helena böyük Baterst adasının sahillərində yerləşən çoxsaylı adalardan biridir. Ada Baterst adasından 7 kilometr şimalda, Mey və Yanq körfəzlərin əmələ gətirdiyi yarımada ilə üzbəüz yerləşir. Kiçik Seymur adası adanın qərb sahilində yerləşir.

Adanın sahəsi 326 km², sahil xəttinin uzunluğu 98 km-dir[1]. Ada düzbucaq formalıdır, uzunluğu 39 km, eni 11 km-dir. Adanın cənub sahili sıldırım, şimal sahili daha düzdür. Hündürlük sahil zolağına qədər zərif şəkildə enir. Adanın çox hissəsini dəniz səviyyəsindən təxminən 220 metr hündürlükdə olan düz təpələr tutur[2].

İstinadlar

redaktə
  1. ↑ "Atlas of Canada. List of Islands". 2012-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-15.
  2. ↑ "Helena Island". 2010-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-15.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Helena_adası&oldid=6402402"
LOVE.AZ