. Love.az

Heyder Eliyev Muzeyi Qaradag - Wikipedia - Love.az

Ana Səhifə - Heyder Eliyev Muzeyi Qaradag
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. (mart 2024)
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz. (mart 2024)
(Learn how and when to remove this template message)

Qaradağ rayonu Heydər Əliyev Muzeyi — Qaradağ rayonunda yerləşən, 2006-cı ilin aprel ayında tikintisinə başlanılmış, tərtibat, tamamlanma işlərinin 2007-ci ilin fevral ayında başa çatdırıldığı H. Əliyev adına muzey. Muzeyin açılışı 14 iyun 2008-ci ildə baş tutmuşdur.

Heydər Əliyev Muzeyi
Əsası qoyulub 2008
Açılış tarixi 14 iyun 2008-ci il
Ölkə
  •  Azərbaycan
Yerləşir Qaradağ rayonu
Ünvan Lökbatan qəsəbəsi, S.Orucov küç., Heydər parkı
Direktor Hicran Aydın qızı Xəlilova
Telefon (+99 412) 445 99 77

Respublikanın müxtəlif regionlarında və iri şəhərlərində Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir tarixindən və zəngin mədəni irsindən bəhs edən, müasir avadanlıq və zəruri ədəbiyyatla təchiz edilmiş muzey və muzey mərkəzləri yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib.[1]

Mərkəzlərdə yaradılmış müxtəlif fotostendlər, kinozallarda nümayiş etdirilən videosüjetlər Heydər Əliyevin siyasi, dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır. Bu muzey mərkəzlərində həmçinin gənclər üçün şahmat, kompüter, xalçaçılıq, təsviri və tətbiqi incəsənət, heykəltaraşlıq dərnəkləri fəaliyyət göstərir.[1]

Ümumi məlumat

redaktə

Muzeyin yaradılmasında əsas məqsəd sabiq prezident Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin irsini və çoxşaxəli siyasətini gənc nəsillərə dolğun şəkildə çatdırmaq və təbliğ etməkdir. Muzeyin nəzdində 19 nəfərdən ibarət tədqiqat qrupu yaradılmışdır. Bu qrupun başlıca vəzifəsi Qaradağ rayonu ilə əlaqədar olaraq Heydər Əliyevin tarixi fəaliyyətini daha geniş, əhatəli şəkildə araşdırmaqdan ibarətdir.

Muzey 3 otaqdan ibarətdir. H. Əliyev adına muzeydə 195 ədəd fotoşəkil, 94 ədəd kitab, 9 ədəd Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən disk var. Muzeydə həmçinin Heydər Əliyevin bürünc heykəli vardır. Bu heykəlin müəllifi azərbaycanlı heykəltaraş Natiq Əliyevdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Heydər Əliyev muzey və muzey mərkəzləri" (az.). https://heydar-aliyev-foundation.org. 08-12-2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2022.

Xarici keçidlər

redaktə
  • "Heydər Əliyev Mərkəzinin Muzeyi ilə tanışlıq" (az.). http://qaradagh.gov.az. 08.12.2022 tarixində arxivləşdirilib.
  • "İlham Əliyev Qaradağ rayonunun Sahil qəsəbəsində salınacaq yeni parkın ərazisinə baxmışdır" (az.). https://president.az. 08.12.2022 tarixində arxivləşdirilib.
  • "Qaradağ rayon Heydər Əliyev Mərkəzində "Xarıbülbül" adlı şeir müsabiqəsi keçirilib" (az.). http://az.baku-art.com. 2022-11-10. 08.12.2022 tarixində arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Heydər_Əliyev_Muzeyi_(Qaradağ)&oldid=7724737"
LOVE.AZ