Heydər Kamal oğlu Piriyev (1 sentyabr 1959, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general–leytenantı,[1] Milli Müdafiə Universitetinin sabiq[2] rektoru, Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni laureatı (2020).
Heydər Piriyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 sentyabr 1959(1959-09-01) (65 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 1980-ci ildən |
Rütbəsi |
![]() General-leytenant |
Döyüşlər |
Birinci Qarabağ müharibəsi İkinci Qarabağ müharibəsi |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Heydər Kamal oğlu Piriyev 1 sentyabr 1959-cu ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub. 1974–1976-cı illərdə Bakı şəhərində 1 №-li fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil almışdır.
1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olmuşdur.
Ailəlidir, 1 oğlu var.
1976–1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb.
1980–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib.
1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir.MN-də Hərbi Polisin qurucusu, ilk zabit. Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev tərəfindən 2003-cü ildə ona general–mayor rütbəsi verilmişdir.[3]
2002–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət etmişdir.
2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə növbəti general–leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir.[4]
2022-ci ilin iyun ayında o, Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.[5]
2024-cü il 12 yanvar vəzifəsindən azad edilmişdir.[6]
1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur.
SSRİ
Azərbaycan Respublikası
Qırğızıstan Respublikası