. Love.az

Heyranidil Qadinefendi - Wikipedia - Love.az

Ana Səhifə - Heyranidil Qadinefendi

Heyranıdil Qadınəfəndi (2 noyabr 1846, Qars, Ərzurum əyaləti – 26 noyabr 1898) — 32. Osmanlı sultanı Əbdüləzizin dördüncü xanımı.

Heyranıdil Qadınəfəndi
osman. ‎حیران دل قادین افندی
Şəxsi məlumatlar
Doğum tarixi 2 noyabr 1846(1846-11-02)
Doğum yeri
  • Qars, Ərzurum əyaləti, Osmanlı imperiyası
Vəfat tarixi 26 noyabr 1898(1898-11-26) (52 yaşında)
Dəfn yeri
  • Sultan Mahmud türbəsi
Fəaliyyəti əsilzadə
Həyat yoldaşı
  • Əbdüləziz
Uşaqları
  • II Əbdülməcid,
  • Nazimə Sultan
Ailəsi Osmanlı xanədanı
Dini İslam

Həyatı

redaktə

Heyranıdil xanım 1846-cı ildə Qarsda dünyaya gəlmişdir. Ailəsinin mənsubiyyəti və saraya necə alınması barədə heç bir məlumat yoxdur. 21 sentyabr 1865-ci ildə Dolmabağça sarayında Sultan Əbdüləzizlə evlənmiş, bu nigahdan Nazimə Sultan adlı bir qızı və gələcəkdə son Osmanlı xəlifəsi olan Əbdülməcid Əfəndi adlı bir oğlu oldu.

Ərinin devrilməsi və ardından müəmmalı ölümündən sonra övladlarıyla birlikdə Fəriyə sarayında gözaltına alındı. V Muradın qısa səltənətinin ardından azadlığa çıxdı və qızıyla birlikdə yaşamağa başladı. 26 noyabr 1895-ci ildə Ortaköydə vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsinə dəfn edildi.

Övladları

redaktə
  • Nazimə Sultan
  • Əbdülməcid Əfəndi

Mənbə

redaktə
  • http://freepages.genealogy.rootsweb.ancestry.com/~royalty/turkey/i343.html
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Heyranıdil_Qadınəfəndi&oldid=7862467"
LOVE.AZ