. Love.az

Hiskedere Masalli - Wikipedia - Love.az

Ana Səhifə - Hiskedere Masalli
Bu adın digər istifadə formaları üçün bax: Hişkədərə.

Hişkədərə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[2]

Hişkədərə
38°54′37″ şm. e. 48°42′07″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 3044 (2018) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4419[1]
Xəritəni göstər/gizlə
Hişkədərə xəritədə
Hişkədərə
Hişkədərə

Mündəricat

  • 1 Əhalisi
  • 2 Toponimiyası
  • 3 İnfrastrukturu
  • 4 Şəkilləri
  • 5 Həmçinin bax
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Əhalisi

redaktə

Əhalisi 2744 nəfərdir.[3]

Toponimiyası

redaktə

Yaşayış məntəqəsinin adındakı hişqə talış dilindəki "quru", "susuz" və Azərbaycan dilində dərə komponentlərindən ibarət olub, mənası Qurudərə kəndidir.[4]

İnfrastrukturu

redaktə

Kənddə XIV əsrə aid Nəzirə Xanım türbəsi, iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi, tunc dövrünə aid Qazaxantəpə, Qosatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları vardır. Hişkədərə və eləcə də Masallı tarixinin güzgüsü 1952-ci ildən kəndimizdə fəaliyyət göstərən Tarix-Diyarsünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika və arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Bütün bunlar Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur.

Şəkilləri

redaktə
  •  
    Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbi
  •  
    Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi
  •  
    Xeyirxah Tədbirlər Evi

Həmçinin bax

redaktə
  • Jindi
  • Kıncıvo
  • Monidigah

İstinadlar

redaktə
  1. ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. ↑ Azərbaycan Respublikasının inzibati — erazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013. 488 səh.
  3. ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
  4. ↑ Akademik Budaq Budaqovun Şəxsi Web Portalı:Lüğətlər — Lənkəran Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine

Xarici keçidlər

redaktə
  Vikianbarda Hişkədərə ilə əlaqəli mediafayllar var.
  • Masallı Rayonu Hişkədərə Kənd Məscidi Dini İcmasının "facebook" səhifəsi.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hişkədərə_(Masallı)&oldid=8002677"
LOVE.AZ