Hikmət Quliyev (d. 10 aprel 1985, Azərbaycan SSR, Zəngilan rayonu) — Azərbaycan folklorşünası, filologiya elmləri doktoru, AMEA-nın Folklor İnstitutunun direktoru.[1]
Hikmət Valeh oğlu Quliyev | |
---|---|
Quliyev Hikmət Valeh oğlu | |
Doğum tarixi | (40 yaş) |
Doğum yeri | Azərbaycan SSR, Zəngilan rayonu |
Vətəndaşlığı | Azərbaycan Respublikası |
Elm sahələri | filologiya,folklor |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
Elmi adı | dosent |
Alma-mater | Bakı Dövlət Universiteti |
Hikmət Valeh oğlu Quliyev 10 aprel 1985-ci ildə Zəngilan rayonunda anadan olmuşdur. 2002–2006-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2006–2008-ci illərdə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2015-ci ildə AMEA Folklor İnstitutunda "Azərbaycan folklorunda Müdrik qoca arxetipi" mövzusunda dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2018-ci ildə folklorşünaslıq üzrə dosent elmi adına layiq görülmüşdür. 2024-cü ildə "İnternet folkloru: nəzəri–metodoloji kontekst və folklorik məna yaradıcılığı" mövzusunda filologiya elmləri doktoru dissertasiyasını uğurla müdafiə etmişdir.[2]
Əmək fəaliyyətinə 2005-ci ildə AMEA Folklor İnstitutunda böyük laborant vəzifəsi ilə başlamış, müvafiq olaraq, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2010–2013-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində akademik məsləhətçi vəzifəsində işləmişdir; 2013–2025-ci illərdə AMEA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışmışdır [3]
2023-cü ildən Xəzər Universitetində Azərbaycan humanitar təhsil sistemi üçün yeni bir fənn sahəsi olan "İnternet folkloru"nu magistratura pilləsində tədris edir. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ulakbim Dergipark Elmi platformasında bir sıra xarici jurnalların Redaksiya heyətinin üzvü və Azərbaycan üzrə təmsilçisidir; 2016–2019-cu illərdə Azərbaycan Dövlət Televiziyası (AzTv) ilə AMEA-nın birgə layihəsi olan və 60 buraxılışı efirdə yayımlanan "Elm və innovasiya" elmi–publisistik proqramının redaktoru olmuşdur.
Çap olunmuş kitabları:
Elmi məqalələri[4]
1. Keçmişdən gələcəyə: folklorun nəzəri problemləri (Hikmət Quliyev və Səfa Qarayev) [5]
2. Hikmət Quliyev: 27 ildən sonra doğma Zəngilanı görmək bizə böyük sevinc və qürur hissi bəxş etdi//AzərTAc,23.10.2021 [11:30] [6]