. Love.az

Hirkan Bigeveri - Wikipedia - Love.az

Ana Səhifə - Hirkan Bigeveri

Hirkan bigəvəri (lat. Ruscus hyrcanus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir relikt növdür.

Hirkan bigəvəri
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Qulançarkimilər
Yarımfəsilə:
Nolinoideae
Cins:
Bigəvər
Növ:
Hirkan bigəvəri
Beynəlxalq elmi adı
  • Ruscus hyrcanus
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  2974054
EOL  1082040

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Ümumi yayılması
  • 4 Azərbaycanda yayılması
  • 5 Bitdiyi yer
  • 6 Təbii ehtiyatı
  • 7 Qəbul edilmiş qoruma tədbirləri
  • 8 Sayı və tendensiyası
  • 9 Zəruri qoruma tədbirləri
  • 10 Məhdudlaşdırıcı amillər
  • 11 İstinadlar
  • 12 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

20-40 (60) sm boyunda yarımkoldur, dərili, tikanlı kaldodiləri və 4-9 topa-topa düzülmüş budaqları vardır. Budaqları yanlara və aşağıya əyilmişdir və üzərləri kladodilərlə sıx örtülmüşdür. Kladodiləri uzunsov-yumurtavari və ya uzunsov-lansetvaridir, yaşıl rəngdədir, sərtdir, 12-28(30) mm uzunluğunda, 8–12 mm enindədir. Çiçəkləri yaşılımtıldır, adətən kladodinin orta xətti üzərində 2-5–i bir yerdə olmaqla və ya az-az hallarda tək-tək düzülmüşdür, pərdəciyəoxşar çiçəkatlığının qoltuğundadır. Giləmeyvəsi qırmızıdır, kürəvari, diametri 7–9 mm-dir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Aprel-may aylarında çiçəkləyir. Sentyabr-oktyabr aylarında meyvə verir. Tozlanması anemofildir. Toxumla və vegatativ yolla çoxalır. Həyat forması nanofanerofitdir. İstisevən və kölgəyə davamlıdır. Mexaniki tərkibi orta dərəcədə olan təzə və zəngin torpaqlarda daha yaxşı inkişaf edir. Hirkan dəmirağacı meşələri kolluqlarında, əsasən aşağı dağlıq qurşağının dağ çayları dərələrində, vadilərində, sarı-gilli, azgilli torpaqlarda bitir. Dəmirağacı meşələrində hirkan bigəvəri alçaqboylu həmişəyaşıl meşəaltı bitki rolunu oynayır və müəyyən meşə tipini (Parrotitetum ruscosum) xarakterizə edir. Belə meşələr üçün xəzər bənövşəsi, çoxçiçəkli novruzçiçəyi, oxotu, quşüzümü, ayıdöşəyi, pteris və s. Növlərti xarakterikdir. Hirkan Milli Parkının aşağı düzən meşəsində, Xanbulaqçay ətrafında qrup halında rast gəlinir. Dekorativ bitkidir. Budaqlarından səbət toxunur.

Ümumi yayılması

redaktə

Rusiya və İranda təbii arealları vardır.

Azərbaycanda yayılması

redaktə

Astara və Lənkəran rayonları ərazilərində yayılmışdır. Lənkəran ovalığı (Astara rayonunun Digo, Maşxan, Təngərud kəndləri, Lənkəran rayonunun Bürcəli və Xanbulaq kəndləri).

Bitdiyi yer

redaktə

Əsasən kölgəli meşələrdə rast gəlinir.

Təbii ehtiyatı

redaktə

Təbii ehtiyatı Azərbaycanda çox deyildir.

Qəbul edilmiş qoruma tədbirləri

redaktə

Bəzi Milli Park və Dövlət qoruq¬larında qorunur və Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir. Hirkan Milli Parkında mühafizə olunur.

Sayı və tendensiyası

redaktə

Hirkan Milli Parkının ərazisində ehtiyatı azdır, kiçik qruplar şəklində rast gəlinir, qapalı yarus yaratmır. Mənfi təsirlərə məruz qalması azalma tendensiyasına səbəb olur.

Zəruri qoruma tədbirləri

redaktə

Arealı geniş olan yerlərdə yasaqlıqların yaradılması vacibdir.

Məhdudlaşdırıcı amillər

redaktə

Meşə sahələrindən kənd təssərüfatı əkinləri üçün, budaqlarının əhali tərəfindən buket, əklil və bəzək üçün istifadə edilməsi.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hirkan_bigəvəri&oldid=7156312"
LOVE.AZ