. Love.az

Hirkan Meryemnoxudu - Wikipedia - Love.az

Ana Səhifə - Hirkan Meryemnoxudu

Hirkan məryəmnoxudu (lat. Teucrium hircanicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü.

Hirkan məryəmnoxudu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Lamidlər
Dəstə:
Dalamazçiçəklilər
Fəsilə:
Dalamazkimilər
Yarımfəsilə:
Dirçəkkimilər
Cins:
Məryəmnoxudu
Növ:
Hirkan məryəmnoxudu
Beynəlxalq elmi adı
  • Teucrium hircanicum L., 1759
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  1209861

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Azərbaycanda yayılması
  • 3 Yaşayış mühiti
  • 4 Sinonimləri
    • 4.1 Homotipik sinonimləri
    • 4.2 Heterotipik sinonimləri
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Çoxillik bitkidir. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, sadə və ya az budaqlanan, sıx yumşaqtüklü, bəzən aşağısı qırmızımtıldır. Yarpaqları saplaqlı, 1-2 sm uzunluqda, uzunsov yumurtavari, kənarları yarımdairədişli, üstü yaşıl, altı sıx tüklü olduğundan bozumtuldur. Çiçəkqrupu 20-25 sm qədər uzunluqda, dar uzun silindrik sünbülvaridir. Kasacığı 3–5 mm uzunluqda, zınqırovvari, ikidodaqlı, tüklüdür. Tacı fırfır, nadir hallarda ağ rəngli, kasacıqdan uzundur, xaricdən qısa tüklənmişdir. Meyvələri 1 mm uzunluqda, yumru, vəzilidir. İyun-avqust (sentyabr) aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması

redaktə

Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ mərkəzi, Lənk. dağ., Lənk. oval. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti

redaktə

Meşələrdə, kolluqlarda, bağlarda, suvarma kanalları boyunca rast gəlinir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Scorodonia hircanica (L.) Raf.

Heterotipik sinonimləri

redaktə
  • Scorodonia spicata Moench

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hirkan_məryəmnoxudu&oldid=8166706"
LOVE.AZ