. Love.az

Hitosi Imamura - Wikipedia - Love.az

Ana Səhifə - Hitosi Imamura

Hitoşi İmamura (今村 均, Imamura Hitoshi?, 28 iyun 1886[1][2], Senday – 4 oktyabr 1968[2] və ya 6 oktyabr 1968, Yaponiya) — İkinci Dünya müharibəsi zamanı Yaponiya İmperator Ordusunda general rütbəsində xidmət göstərmiş, müharibədən sonra hərbi cinayətlər törətdiyi üçün məhkəməyə cəlb edilmişdir. İmamura məhkəmənin çıxardığı hökmü kifayət qədər yüngül hesab edərək, bağında həbsxananın bənzərini inşa etdirmiş, ömrünün sonunadək özünü könüllü şəkildə orada məhbus saxlamışdır.

Hitoşi İmamura
yap. 今村均
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyun 1886(1886-06-28)[1][2]
Doğum yeri
  • Senday, Miyaqi prefekturası, Yaponiya
Vəfat tarixi 4 oktyabr 1968(1968-10-04)[2] (82 yaşında) və ya 6 oktyabr 1968(1968-10-06) (82 yaşında)
Vəfat yeri
  • Yaponiya
Vətəndaşlığı
  •  Yaponiya
  •  Yaponiya imperiyası
Hərbi fəaliyyəti
Qoşun növü Yaponiya İmperator ordusu
Xidmət illəri 1907-ci ildən
Döyüşlər
  • İkinci Dünya müharibəsi
Təltifləri "Doğan günəş" ordeni (Yaponiya)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Miyaqi prefekturasının Sendai şəhərində məhkəmə hakimi ailəsində dünyaya göz açan İmamura, 1907-ci ildə İmperator Ordu Akademiyasını müvəffəqiyyətlə bitirərək, həmin ilin 26 dekabrında piyada qoşunlarında leytenant rütbəsi ilə xidmətə başlamışdır. 1910-cu ilin noyabrında baş leytenant rütbəsinə yüksələn zabit, 1915-ci ildə Hərbi Akademiyada təhsilini davam etdirmişdir. 1917-ci ildə kapitan rütbəsinə layiq görülən İmamura, növbəti il İngiltərəyə hərbi attaşe təyin olunmuşdur. 1922-ci ilin avqustunda mayor, 1926-cı ilin avqustunda isə podpolkovnik rütbəsinə yüksəlmişdir. 1927-ci ilin aprelində Britaniya Hindistanına hərbi attaşe vəzifəsinə təyinat almışdır.

1930-cu il avqustun 1-də polkovnik rütbəsinə yüksələn İmamura, 1931-1932-ci illərdə İmperator Ordusunun Baş Qərargahının əməliyyat bölməsində məsul vəzifələrdə çalışmışdır. İmamuranın kiçik qardaşı İmamura Hosaku, Kvantun Ordusunda xidmət etmiş, Çin vətəndaş müharibəsi zamanı Homindanın muzdlu əsgəri kimi döyüşmüşdür.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Hitoshi Imamura // TracesOfWar.
  2. ↑ 1 2 3 4 Hitoshi Imamura // https://www.onsland.nl/personen/c45c3fa6-c1f4-44c7-bf1a-37542c48671e.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hitoşi_İmamura&oldid=8088280"
LOVE.AZ