. Love.az

Hiyosi Mebedi - Wikipedia - Love.az

Ana Səhifə - Hiyosi Mebedi
Tokioda yerləşən Hie məbədi ilə səhv salmayın.

Hiyoşi məbədi (日吉大社, Hiyoşi-tayşa?) – Yaponiyanın Şiqa prefekturasının Otsu şəhərində yerləşən şintoist məbədi. İkinci dünya müharibəsindən əvvəl Hie məbədi (日枝大社, Hie-tayşa?) kimi tanınırdı.

Şintoizm
Hiyoşi məbədi (日吉大社?)
Xəritə
Din
Həsr olunub Oyamakui, Onamuçi
Festivalları 12–15 aprel
Yerləşməsi
Ölkə Yaponiya Yaponiya
Prefektura  Şiqa prefekturası
Şəhər Otsu
Memarlıq
İnşa tarixi e.ə. 61
Üslubu hiyoşi-zukuri və şotay-zukuri
hiyoshitaisha.jp
Şintoizm terminologiyası

Məbəd iki hissədən ibarətdir: Şərq məbədi və Qərb məbədi. Bu iki məbəd Yaponiyanın milli xəzinəsi statusuna malikdir.

Mündəricat

  • 1 Tarixi
  • 2 Xüsusiyyətləri
  • 3 Qalereya
  • 4 İstinadlar
  • 5 Ədəbiyyat

Tarixi

redaktə

Şərq məbədi e.ə. 61-ci ildə qurulmuşdur.[1] İmperator Tenci 668-ci ildə paytaxtı Otsu şəhərinə köçürdükdən sonra imperator ailəsinin və Yamato sarayının qoruyucusu hesab olunan Omiva məbədinin kamisi Onamuçi üçün Qərb məbədini tikdirmişdir.[1]

Buddizmin Tenday sektasının qurucusu Sayço 788-ci ildə Hiey dağında Enryaku məbədini qurduqdan sonra Hiyoşi məbədi bu məbədin qoruyucusu hesab olunmağa və tez-tez onunla assosiasiya edilməyə başlamışdır.[1] Hiyoşi məbədinin bir çox davamçı məbədi tikilmişdir və onların arasında 21 böyük məbəd "Sannonun 21 məbədi" adı ilə tanınmışdır.[1]

XIII–XVI əsrlərdə Hiyoşi məbədi güclü məbəd kimi tanınmış və məbədin akolitləri Hiey dağının döyüşçü-keşişləri ilə birlikdə siyasi cəhətdən güclü olan qrup formalaşdırmışdırlar.[1] Məbəd XVI əsrdə Toyotomi Hideyoşi tərəfindən yenidən inşa edilmişdir.[1]

Xüsusiyyətləri

redaktə

Hiyoşi məbədi Yaponiya yerləşən 3800-dən çox Hie Sanno məbədinin mərkəzi məbədi hesab olunur.[2] Məbəd iki hissədən ibarətdir: Şərq məbədi (東西本宮, Hiqaşi-honqu?) Hiey dağının ilahı hesab olunan kami Oyamakuiyə, Qərb məbədi (西本宮, Nişi-honqu?) isə Nara prefekturasındakı Miva dağının ilahı hesab olunan Onamuçiyə həsr edilmişdir.[2] Şərq və Qərb məbədləri hiyoşi-zukuri və şotay-zukuri adlı unikal memarlıq üslublarına görə tanınır.[2] Bu iki məbəd Yaponiyanın milli xəzinəsi statusuna malikdir.[2]

Məbədin illik festivalı 12–15 aprel tarixlərində baş tutur.[2]

Qalereya

redaktə
  •  
    Qərb məbədi.
  •  
    Şərq məbədi.
  •  
    Qərb məbədinin romonu.
  •  
    Torii.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Kodansha Encyclopedia of Japan. səh. 130
  2. ↑ 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan. səh. 131

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 130-131. ISBN 0-87011-623-1. İstifadə tarixi: 26 avqust 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hiyoşi_məbədi&oldid=6597408"
LOVE.AZ