. Love.az

Hocazsucay - Wikipedia - Love.az

Ana Səhifə - Hocazsucay

Hocazsu, Hocazsuçay, Hoçaz çayı — Həkəriçayın sağ qoludur. Laçın rayonu ərazisindən axır. Mənbəyini Qarabağ vulkanik yaylasından (3000 m) alır. Yuxarı axımında İldırımsu, aşağı axınında Qaranlıqçay adlanır. Çay öz başlanğıcını Hocaztəpə dağından alır.[2]

Hocazsu çayı
Ölkə
  •  Azərbaycan[1]
Keçdiyi ərazilər Azərbaycan Azərbaycan
Uzunluğu 63 km
Hövzəsinin sahəsi 414 km²

Mündəricat

  • 1 Ümumi məlumat
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Ümumi məlumat

redaktə

Uzunluğu 63 km, hövzəsinin. sahəsi 414 kvadrat km-dir. Axımı əsasən qar (35%), yeraltı (55%), qismən də yağış (20%) sularından əmələ gəlir. Çayın orta illik su sərfi 6,59 kub m/san.-dir. Bunun çox hissəsi yaz (35%), yay (30%), az hissəsi isə payız (20%) və qış (15%) fəsillərində keçir. İntensiv suvarma dövründə (iyul-avqust aylarında) illik axımının 15–17%-i axıdılır. Hocazsuçaydan suvarma işlərində istifadə edilir.

Həmçinin bax

redaktə
  • Azərbaycan çayları

İstinadlar

redaktə
  1. ↑ 1 2 GEOnet Names Server. 2018.
  2. ↑ Hocazsu // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Xarici keçidlər

redaktə
  • Hocazsuçay
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hocazsu&oldid=7083221"
LOVE.AZ