. Love.az

Humay Efendiyeva - Wikipedia - Love.az

Ana Səhifə - Humay Efendiyeva

Humay Elçin qızı Əfəndiyeva — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2021—h.h).

Humay Əfəndiyeva
Humay Elçin qızı Əfəndiyeva
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
Vəzifədədir
1 fevral 2021-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 7 dekabr 1975(1975-12-07) (49 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Qərbi Kaspi Universiteti
Fəaliyyəti hakim, hüquqşünas
Atası Elçin Əfəndiyev
Elmi fəaliyyəti
Elm sahəsi Hüquqşünas
Elmi dərəcəsi Hüquq üzrə fəlsəfə doktoru

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 20112011 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 20242024

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltiflər
  • 3 Valideynləri
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Humay Elçin qızı Əfəndiyeva 7 dekabr 1975-ci ildə, Bakı şəhərində anadan olmuşdur.

1992-ci ildə Bakı şəhəri 190 nömrəli orta məktəbi bitirmişdir.

1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsini (əyani) və Qərb Universitetinin Sosial siyasi inzibatçılıq fakültəsini (qiyabi) bitirmişdir.

1997-ci ildən 2000-ci ilə qədər BMT-nin İnkişaf proqramının "Gender İnkişafda" təşkilatında ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsində işləmişdir.

2001-ci ildən 2021-ci ilə qədər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatında sədr müavinin köməkçisi, sədr müavinin baş məsləhətçisi, Aparatın baş məsləhətçisi, Beynəlxalq hüquq və beynəlxalq münasibətlər şöbəsinin müdir müavini, Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifələrində işləmişdir.

25 iyun 2011-ci il tarixdə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.[1]

Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2018-ci il tarixli 322 saylı Sərəncamına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.

01 fevral 2021-ci il tarixdə, Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.[2][3]

Təltiflər

redaktə

Azərbaycan Respublikası Prezidentinin 20 may 2022-ci il tarixli 3268 saylı Sərəncamı ilə "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Valideynləri

redaktə
  • Atası — Azərbaycan yazıçısı Elçin Əfəndiyevdir.[4]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasında dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
  2. ↑ "Humay Elçin qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında". e-qanun.az (az.). 2021-02-01. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
  3. ↑ "В Конституционный суд назначен новый судья". Информационное Агентство Репорт (rus). 2021-02-01. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
  4. ↑ "Дочь известного писателя назначат судьей Конституционного суда". Информационное Агентство Репорт (rus). 2021-01-27. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rəsmi saytında yerləşdirilmiş profili
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Humay_Əfəndiyeva&oldid=7997754"
LOVE.AZ