III Lüdovik Qonzaqa (it. Ludovico III Gonzaga; 5 iyun 1412, Mantuya, Mantova əyaləti – 12 iyun 1478) — II Mantuya markizi.
III Lüdovik Qonzaqa | |
---|---|
it. Luigi III Gonzaga | |
![]() | |
23 sentyabr 1444 – 12 iyun 1478 | |
Əvvəlki | I Janfrançesko Qonzaqa |
Sonrakı | I Frederik Qonzaqa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyun 1412 |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyun 1478 (66 yaşında) |
Vəfat səbəbi | taun |
Fəaliyyəti | kondotyer |
Atası | I Janfrançesko Qonzaqa (Mantuya markizi) |
Anası | Paola Malatesta |
Həyat yoldaşı | |
Uşaqları | |
Dini | katolisizm |
Rütbəsi | kapitan |
![]() |
1412-ci ildə dünyaya gəldi. Atası Mantuya markizi kondotyer I Janfrançesko Qonzaqa, anası isə onun uzaq qohumu Paola Malatestadır. 12 noyabr 1433-cü ildə atasının istəyilə Müqəddəs Roma imperatoru Sigizmundun qohumu Brandenburqlu Barbara ilə evləndi. Cütlüyün bu nigahdan 14 övladı dünyaya gəldi.
1436-cı ildən etibarən atasından xəbərsiz Milan hersoqu Filippo Mariya Vizkontinin xidmətinə girdi. Ancaq bu davranışı atasıyla münasibətlərinin pisləşməsinə səbəb oldu. Belə ki, xanımıyla birlikdə Mantuyadan sürgün edildi və kiçik qardaşı Karlo Qonzaqo yeni taxt varisi elan olundu. Ancaq 1438-ci ildə atası I Janfrançesko da Vizkontilərin xidmətinə girdi və ata-oğul 1441-ci ildə barışdı.
1444-cü ildə atasının vəfatıyla Mantuya taxt-tacına sahibləndi. Ancaq ailə mülklərinin bir qismi qardaşları Karlo, Janlusido və Alessandro arasında paylaşdırıldı. 9 mart 1453-cü ildə qardaşlarından Karlo Qonzaqo Venesiyanın dəstəyilə qardaşına aid mülklərə hücum edərək üsyan qaldırdı. Ancaq 14 iyunda tərəflər qarşı-qarşıya gəldi və III Lüdovik qardaşını məğlub etdi. Karlonun işğal etdiyi bütün mülklər geri qaytarıldı. Çox keçmədən onun varissiz vəfat etməsilə, taxt hüququ olan mülklər də III Lüdovikə qaldı.