III Robert (ing. Robert III of Scotland; təq. 1330-cu illər[1], Skon sarayı[d] – 4 aprel 1406, Rotsey qəsri[d]) — Şotlandiya kralı.
III Robert | |
---|---|
ing. Robert III | |
![]() | |
19 aprel 1390 – 4 aprel 1406 | |
Əvvəlki | II Robert |
Sonrakı | I Ceyms |
Şəxsi məlumatlar | |
Doğum adı | John Stewart |
Doğum tarixi | təq. 1330-cu illər[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 4 aprel 1406 |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Fəaliyyəti | siyasətçi |
Atası | II Robert (Şotlandiya kralı) |
Uşaqları | |
Ailəsi | Stüartlar |
Dini | xristianlıq |
![]() |
1363-cü ildə atasıyla birlikdə II Davidə qarşı üsyan etsə də, vərasət hüququnun əlindən alınmaması şərtilə atası qısa zamanda üsyanı sonlandırdı. Nəhayət, böyük dayısının geridə rəsmi varis buraxmadan vəfat etməsinin ardından 1371-ci ildə atası II Robert taxta çıxdı. Ancaq atası yaşlı idi və onun dövlət idarəsindən narazı olan müxalif qruplar taxt varisi kimi Robertin ətrafında toplandı. 1384-cü ildə onun ordu komandanlığına gətirilməsiylə ingilislərlə hərbi münaqişə yenidən alovlandı. 1388-ci ildə ingilislər üzərində qəti qələbə qazandı.
Atasının vəfatının ardından 1390-cı ildə III Robert taxta çıxdı. Ancaq taxta çıxmaq arzusunda olan qardaşıyla böyük oğlu arasındakı taxt mübarizəsi səbəbilə uzun müddət krallığın qərb torpaqlarına gedərək dövlət işlərindən uzaqlaşdırıldı. 1402-ci ildə böyük oğlu David Stüart şübhəli şəkildə öldürüldü. Digər oğlu Ceyms Stüartı qorumaq məqsədilə 1406-cı ildə onu Fransaya qaçırtdı. Ancaq yolda ikən varisi daşıyan gəmi ingilislərin əlinə keçdi və Ceyms Stüart uzun illər əsir tutulduğu Londona aparıldı. Varisin əsarət xəbərinin yayılmasından qısa müddət sonra III Robert 1406-cı ildə vəfat etdi.
1366-cı ildə Anabella Drummondla evləndi və cütlüyün bu nikahdan 7 övladı doğuldu.