II Juan (port. João II de Portugal; 3 mart 1455 – 25 oktyabr 1495) — XIII Portuqaliya kralı. Aviz sülaləsinin üzvü olub, siyasi islahatları, güclü mərkəzi hakimiyyət qurması və dəniz kəşflərinı verdiyi dəstək ilə tanınır. O, tarixə Mükəmməl Şahzadə (port. O Príncipe Perfeito) ləqəbi ilə daxil olmuşdur.
II Juan | |
---|---|
port. João II de Portugal | |
![]() | |
11 noyabr 1477 – 14 noyabr 1477 | |
Əvvəlki | V Afonso |
Sonrakı | V Afonso |
28 avqust 1481 – 25 oktyabr 1495 | |
Əvvəlki | V Afonso |
Sonrakı | I Manuel |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 mart 1455 |
Vəfat tarixi | 25 oktyabr 1495 (40 yaşında) |
Atası | V Afonso |
Anası | Koimbralı İzabella |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Avis sülaləsi |
Dini | Roma-Katolik kilsəsi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[1], mədəniyyət[1] |
Təltifləri |
![]() |
![]() |
1455-ci ildə Lissabonda dünyaya gəldi. Atası kral V Afonso və onun ilk xanımı Koimbralı İzabelladır. Gənc yaşlarından hərbi və dövlət idarəsi sahəsində təlim almışdır. İlk dəfə 1477-ci ildə atası müvəqqəti olaraq hakimiyyətdən çəkildikdə idarəyə gəlmiş, lakin V Afonso taxta yenidən qayıtdığı üçün yalnız 1481-ci ildə atasının ölümü ilə rəsmi kral olmuşdur.
1471-ci ilin yanvarında əmisi İnfant Ferdinandın qızı Elyanora ilə evləndi. Cütlüyün 2 övladı dünyaya gəlsə də, bunlardan biri ölü doğuldu.
II Juan atasından fərqli olaraq sərt və mərkəzləşdirici siyasət yürütmüşdür. Əsas məqsədi Portuqaliya zadəganlarının (xüsusilə yüksək aristokratiyanın) gücünü qıraraq kral hakimiyyətini möhkəmləndirmək idi. Bu məqsədlə güclü zadəgan ailələrinin səlahiyyətlərini məhdudlaşdırdı. 1484-cü ildə dövlətə qarşı sui-qəsd ittihamı ilə öz əmisi oğlu Dieqonu şəxsən öldürtdü. Bir sıra feodal liderləri ya edam etdirdi, ya da sürgünə göndərdi. Bu tədbirlər nəticəsində Portuqaliyada kral hakimiyyəti daha əvvəl görülməmiş şəkildə gücləndi.
II Juan dəniz kəşflərinə böyük əhəmiyyət verirdi və onun dövründə Portuqaliya dünya dəniz gücünə çevrilməyə başladı. 1488-ci ildə Bartalomoy Dias Ümid burnunu keçdi və Hindistana dəniz yolunun açılması mümkün oldu. Tordesillas müqaviləsinin (1494) təşəbbüskarlarından biri kimi, Portuqaliya ilə İspaniya arasında yeni torpaqların bölünməsində fəal rol oynadı. Afrika sahillərində, Atlantik adalarında və Hind okeanına çıxış yolunda Portuqaliya nüfuzunu genişləndirdi.
Yeganə varisi Afonsonun qəfil ölümü II Juan üçün böyük bir faciə oldu. O, ölümündən əvvəl varisi kimi öz əmisi oğlu Manueli seçdi. II Juan 25 oktyabr 1495-ci ildə vəfat etdi və yerinə I Manuel keçdi.