. Love.az

Ii Teodosiya Braqanza Hersoqu - Wikipedia - Love.az

Ana Səhifə - Ii Teodosiya Braqanza Hersoqu

II Teodosiya (port. Teodósio II; 28 aprel 1568 – 29 noyabr 1630[1]) — Braqanza hersoqu.

II Teodosiya
port. Teodósio II, Duque de Bragança
Braqanza hersoqu
22 fevral 1583 – 29 noyabr 1630
ƏvvəlkiI Juan
SonrakıII Juan
Şəxsi məlumatlar
Doğum tarixi 28 aprel 1568
Vəfat tarixi 29 noyabr 1630(1630-11-29)[1] (62 yaşında)
Fəaliyyəti əsilzadə
Anası Infanta Catherine, Duchess of Braganza
Uşaqları
  • IV Con
Ailəsi Braqanza sülaləsi
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1568-ci ildə dünyaya gəldi. Atası Braqanza hersoqu I Juan, anası isə Portuqaliya kralı I Manuelin nəvəsi Yekaterinadır. Uşaq yaşlarından kral I Sebastyanın sarayına alındı və kralın xidmətinə verildi. Onun 1578-ci ildə Mərakeşdə baş tutan Əl-Kəsər əl-Kibir döyüşündə iştirak etdi və digər saraylılar kimi o da, 10 yaşında ikən əsir düşdü.

1579-cu ilin avqustunda əsirlikdən azad olan Teodosiya atasının ölümünün ardından 1583-cü ildə Braqanza hersoqu oldu. Portuqaliya taxtına oturan II Filippə sadiqliyi səbəbilə ünvan və əmlakları çoxaldı.

17 iyun 1603-cü ildə ispan əsilli zadəgan Anna de Velasko ilə evləndi. Cütlüyün 4 övladı dünyaya gəldi.

  • II Juan, Braqanza hersoqu və sonralar Portuqaliya kralı
  • Eduard (1605-1649)
  • Yekaterina (1606-1610)
  • Aleksandr (1607-1637)

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Genealogy of Teodósio II, 7th Duke of Braganza
  • Nobreza de Portugal e Brazil, Vol. II, page 448. Published by Zairol Lda., Lisbon, 1989.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Lundy D. R. Theodosius II de Bragança, 7th Duque de Bragança // The Peerage (ing.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=II_Teodosiya_(Braqanza_hersoqu)&oldid=8157453"
LOVE.AZ