IV Françesko Qonzaqa (it. Francesco IV Gonzaga; 7 may 1586[1], Mantuya, Mantova əyaləti – 22 dekabr 1612, Mantuya, Mantova əyaləti) — V Mantuya hersoqu.
IV Françesko Qonzaqa | |
---|---|
![]() | |
9 fevral 1612 – 22 dekabr 1612 | |
Əvvəlki | I Vinçenzo Qonzaqa |
Sonrakı | Ferdinand Qonzaqa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 may 1586(1586-05-07)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 dekabr 1612(1612-12-22) (26 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Təbii çiçək |
Fəaliyyəti | siyasətçi |
Atası | I Vinçenzo Qonzaqa (Mantuya hersoqu) |
Anası | Elyanora Mediçi (Mantuya hersoginası) |
Həyat yoldaşı |
|
Dini | katolisizm |
Təltifləri |
![]() |
![]() |
1586-cı ildə dünyaya gəldi. Atası Mantuya hersoqu I Vinçenzo Qonzaqa, anası isə Böyük Toskana hersoqu I Françeskonun qızı Elyanora Mediçidir. 1608-ci ildə Turində Savoyya hersoqu I Karl Emmanuilin qızı Marqarita ilə evləndi. Cütlüyün bu nigahdan 3 övladı dünyaya gəlsə də, yalnız böyük qızı yetkinlik yaşına çatdı.
Atasının vəfatından sonra 1612-ci ildə taxta çıxdı. Ancaq səltənəti cəmi 10 ay davam etdi. Belə ki, bölgədə yayılan çiçək epidemiyası öncə 2 övladının, ardından isə özünün ölümünə səbəb oldu. Ölümünün ardından qardaşı Ferdinand taxta çıxsa da, qaynatası olan Savoyya hersoqu I Karl Emmanuil buna qarşı çıxdı və beləcə, Monferrat tacı uğrunda taxt mübarizəsi başladı.