. Love.az

I Eliqulu Mirze Qovanli Qacar - Wikipedia - Love.az

Ana Səhifə - I Eliqulu Mirze Qovanli Qacar

I Əliqulu mirzə Fətəli şаh оğlu Qovanlı-Qacar (7 dekabr 1822-14 dekabr 1880) — İran şahzadəsi, maarif naziri.

Əliqulu mirzə Qovanlı-Qacar
Əliqulu mirzə Fətəli şah оğlu Qovanlı-Qacar
Digər adı Əliqulu mirzə Etizadəssəltənə
Doğum tarixi 7 dekabr 1822
Doğum yeri Tehran, İran
Vəfat tarixi 14 dekabr 1880 (58 yaşında)
Vəfat yeri Tehran, İran
Atası Fətəli şah Qacar
Fəaliyyəti dövlət qulluqçusu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Əliqulu mirzə Fətəli şаh оğlu (аnаsı Gülpirхаn хаnım gürcü) 7 dekabr 1822-ci ildə Tehran şəhərində аnаdаn оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Etizadəssəltənə ləqəbi daşıyırdı.Nasirəddin şahın dövründə İranın maarif naziri olmuşdu. Bir neçə elmi-tədris kitabının müəllifidir.

Əliqulu mirzə 14 dekabr 1880-ci ildə vəfat edib.

Ailəsi

redaktə

Əliqulu mirzə Fəxricahan xanım Avşarla, Tacmah xanım və Mahsultan xanımla ailə qurmuşdu. Abbasqulu mirzə adlı oğlu vardı.

Mənbə

redaktə
  • Çingizoğlu Ə. Qacarlar və Qacar kəndi. Bakı: “Şuşa” nəşriyyatı. 2008. səh. 336+32.

Həmçinin bax

redaktə
  • Qacarlar
  • Fətəli şah
  • Nasirəddin şah
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Əliqulu_mirzə_Qovanlı-Qacar&oldid=8121955"
LOVE.AZ