. Love.az

I Albert Belcika Krali - Wikipedia - Love.az

Ana Səhifə - I Albert Belcika Krali

I Albert (fr. Albert Ier) və ya Saksen-Koburq-Qotalı Albert Leopold Klement Mari Maynred (fr. Albert Léopold Clément Marie Meinrad de Saxe-Cobourg et Gotha) (8 aprel 1875[1][2][…] – 17 fevral 1934[1][3][…]) — III Belçika kralı.

I Albert
fr. Albert I
III Belçika kralı
23 dekabr 1909 – 17 fevral 1934
ƏvvəlkiII Leopold
SonrakıIII Leopold
Şəxsi məlumatlar
Doğum tarixi 8 aprel 1875(1875-04-08)[1][2][…]
Vəfat tarixi 17 fevral 1934(1934-02-17)[1][3][…] (58 yaşında)
Fəaliyyəti entomoloq, alpinist, hərbi qulluqçu, siyasətçi, monarx
Atası Şahzadə Filipp (Flandriya qrafı)
Həyat yoldaşı
  • Bavariyalı Yelizaveta (Belçika kraliçası) (1900–1934)
Uşaqları
  • III Leopold,
  • Şahzadə Çarlz (Flandriya qrafı),
  • Belçikalı Mariya-Xose (İtaliya kraliçası)[2]
Dini Roma-Katolik kilsəsi
Hərbi xidmət
Qoşun növü Belçika Silahlı Qüvvələri
Döyüşlər
  • Birinci Dünya müharibəsi
Rütbəsi feldmarşal[d], general-leytenant

Təltifləri Military Cross (Birləşmiş Krallıq) Distinguished Flying Cross (Birləşmiş Krallıq) Qara Qartal ordeni (Prussiya) Knight Grand Cross of the Order of Leopold II "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya imperiyası) III dərəcəli Müqəddəs Georgi ordeni (Rusiya imperiyası) 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni (Rusiya imperiyası) Knight of the Order of St. Alexander Nevsky (Rusiya imperiyası) 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) Order of Saint Stephen of Hungary (Avstriya imperiyası) royal Order of the Lion (Konqo Azad Dövləti) Cəsur Mixay ordeni (Rumıniya) "Rumıniya ulduzu" ordeni Bailiff Grand Cross of the Order of Saint John (Birləşmiş Krallıq) Knight Grand Cross in the Order of the Netherlands Lion (Niderland) — 1910 Knight of the Order of the Golden Fleece — 1907 İsa Məsihin Ali Ordeni (Vatikan) — 1934 "Fəxri legion" ordeninin Böyük xaçı (Fransa) Knight Grand Cross of the Order of the Bath (Birləşmiş Krallıq) Collar of the Supreme Order of the Chrysanthemum (Yaponiya) "Müqəddəs Olaf" ordeni (Norveç) Order of Lāčplēsis (Latviya) Order of the Three Stars, 1st Class (Latviya) Grand Cross of the Order of the African Star (Belçika) Grand Cross of the Order of the Crown (Belçika) Grand Cross with Collar of the Order of the White Rose of Finland (Finlandiya) — 1931 Serafimlər ordeni (İsveç) — 1910 "Ağ qartal" ordeni (Reç Pospolita) Grand Cross of the Order of Military Virtue (Polşa) Vitis Xaçı böyük xaç ordeni (Litva) Grand Cross of the Order of Christ (Portuqaliya) Grand Cross of the Military Order of the Tower and Sword (Portuqaliya) Grand Cross of the Military Order of Saint James of the Sword (Portuqaliya) Order of the Rue Crown (Saksoniya) — 1910 Knight grand cross of the order of the crown of Italy (İtaliya krallığı) Grand Cross of the Order of Wissam El Alaouite (Mərakeş) Cross of Liberty 1st Division, 1st Class (Estoniya) — 1925 Grand Cross of the Sash of the Three Orders (Portuqaliya) Knight of the Garter (Birləşmiş Krallıq) — 1914
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Qalereya
  • 4 Mənbə
  • 5 İstinadlar

Həyatı

redaktə

8 aprel 1875-ci ildə Brüsseldə dünyaya gəldi. Atası Flandriya qrafı Şahzadə Filipp Belçika kralı I Leopoldun oğlu, o əsnada taxtda oturan II Leopoldun isə kiçik qardaşı idi. Anası Hohensollernli Mariya Luiza Aleksandra isə Almaniya kralı II Vilhelmin qohumu idi və Hohensollern ailəsinin taxtda olmayan katolik qoluna mənsub idi. Doğulduğu əsnada taxt sıralamasında üçüncü yerdə idi. Ancaq 1891-ci ildə qardaşı Şahzadə Boduenin, 1905-ci ildə isə atası Şahzadə Filippin vəfatı ilə əmisi II Leopoldun və Belçika taxtının yeganə varisi oldu.

Əmisi II Leopoldun 1909-cu ildə vəfatının ardından taxtın yeganə varisi kimi taxta çıxdı. Keçirilən tacqoyma mərasimində sələflərindən fərqli olaraq fransızca deyil, flamand dilində and içərək yenilik etdi. Sadə həyat tərzləri və xoşbəxt ailə münasibətləri səbəbiylə, I Albert və xanımı Belçikada olduqca sevilən cütlük idi. Səltənətinin ilk illərində ən mühüm məsələ Belçikanın yeganə müstəmləkəsi olan Konqo Dövlətində apardığı islahatlar oldu. Dindar bir katolik olan I Albert ətrafına dövrün mühüm din xadimlərini topladı.

 
VII Eduardın cənazə mərasimində, 1901-ci il. (arxa sırada soldan sağa: Norveç kralı VII Haakon, Bolqarıstan çarı Ferdinand, Portuqaliya kralı II Manuel, Almaniya imperatoru II Vilhelm, Yunanıstan kralı I Georq və Belçika kralı I Albert. öndə əyləşənlər soldan sağa: İspaniya kralı XIII Alfonso, Birləşmiş Krallığın imperatoru V Georq və Danimarka kralı VIII Frederik)

Ancaq çox keçmədən Birinci Dünya müharibəsi başladı. Müharibənin qərb cəbhəsindəki döyüşlər 4 avqust 1914-cü ildə Alman ordusunun Belçikaya hücumu ilə başladı. Amma Belçika ordusu gözlənilməyən bir müqavimət göstərdi. Alman birləşmələri Lyej vilayətini planlaşdırdığı kimi 24 saata deyil, 13 günlük mübarizədən sonra ələ keçirib Fransanın içərilərinə doğru irəliləmək məcburiyyətində qaldılar. 17 avqustda I Albert hökumətlə birlikdə paytaxt Brüsseldən qaçdı və Qete çayı boyunca döyüşərək Antverpenə çəkildi. Ertəsi gün paytaxt işğal edildi və 21 avqustda Namür şəhərinin mühasirəsi başladı. 16 oktyabrda verdiyi qərarla, ordudan qaçanların dərhal öldürülməsini əmr etdi.

Müharibə Belçikanın almanlar tərəfindən işğalı ilə nəticələndi. İttifaq dövlətləri və Antanta birliyi arasında sülh danışıqları aparmağa cəhd edən I Albertin bütün bu cəhdləri uğursuz oldu. Nəhayət, Belçika, ingilis və fransız birliklərindən ibarət Flandriya ordusunun komandanı kimi I Albert Belçikanın işğaldan azad edilməsiylə nəticələnən hərəkata rəhbərlik etdi. Brüsselin azad edilməsinin ardından I Albert xanımı və övladlarını da yanına alaraq paytaxta qayıtdı.

Müharibənin ardından 1918-ci ildə I Albert Belçikadakı 3 partiyanın - katoliklər, liberallar və sosialistlərin üzvlərindən ibarət Milli Birlik Hökuməti quruldu. 23 sentyabr 1919-cu ildə ABŞ-a səyahət edən I Albert və ailəsi 2 oktyabrda Nyu-Yorka, 10 oktyabrda isə Kaliforniyaya çatdı. Burada onun şərəfinə çox sayda tədbir və mərasimlər keçirildi. 13 noyabradək davam edən rəsmi ABŞ səyahətiylə Belçikanın Yeni Dünya ilə münasibətlərini gücləndirdi. 1920-ci ildə artan alamn düşmənliyi səbəbilə, Saksen-Koburq-Qota olan monarx ailəsinin adını Belçika sülaləsi olaraq dəyişdi. 1925-ci ildə Belçika Konqosunda Virunqa Milli Parkının əsasını qoydu.

Alpinizmlə məşğul olan I Albert 17 fevral 1934-cü ildə Namür yaxınlığındakı dağlıq zonada baş tutan qəza nəticəsində həlak oldu. Olduqca yaxşı bir alpinist kimi tanına I Albertin bu şəkildə gözlənilməz ölümü insanları şoka saldı və heç kəs bunun təbii bir ölüm olduğuna inanmadı. Cənazəsi sələfləri kimi Laykendəki ailə məzarlığına dəfn olundu.

Ailəsi

redaktə

2 oktyabr 1900-cü ildə Münxendə Bavariyalı Yelizaveta ilə evləndirildi. Bir-birinə bağlı olan cütlüyün bu nigahdan 3 övladı doğuldu.

  • III Leopold
  • Çarlz, Flandriya qrafı
  • Mariya-Xose, İtaliya kraliçası

Qalereya

redaktə
  •  
    Belçika Konqosu səyahəti, 1909-cu il
  •  
    Kolumbiya Universitetində, 1919-cu il
  •  
    Xanımı Bavariyalı Yelizaveta və Misir sultanı I Fuadla birlikdə, (13 yanvar-2 aprel 1930-cu il)
  •  
    Xanımı Bavariyalı Yelizaveta və oğlu Leopold
  •  
    Xanımı Bavariyalı Yelizaveta ilə birlikdə Belçika Konqosundakı hərbi düşərgə ziyarətində, 1928-ci il

Mənbə

redaktə
  • Els Witte, Jan Craeybeckx, Alain Meynen Political History of Belgium: From 1830 Onwards, Academic and Scientific Publishers, Brussels, 2009, p. 278. ISBN 978-90-5487-517-8
  • William Mark Adams (2004). Against Extinction: The Story of Conservation. Earthscan. p. 5. ISBN 9781849770415
  • Noterman, Jacques (2004). Le roi tué. Brussels: Editions Jourdan le Clercq. ISBN 9782930359069
  • Raskin, Evrard (2005). Elisabeth Van België - Een ongewone koningin. Antwerp: Hautekiet. ISBN 905240822X
  • Van Ypersele, Laurence (2006). Le roi Albert: Histoire d'un mythe. Charleroi: Broché. ISBN 978-2804021764
  • Donaldson, Norman and Betty (1980). How Did They Die?. Greenwich House. ISBN 0-517-40302-1

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 König von Belgien Albert // Biographies of the Entomologists of the World. Senckenberg German Entomological Institute.
  2. ↑ 1 2 3 Lundy D. R. Albert I, Roi des Belges // The Peerage (ing.).
  3. ↑ 1 2 Альберт I // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Albert_(Belçika_kralı)&oldid=7906192"
LOVE.AZ