. Love.az

I Ferdinand Ruminiya Krali - Wikipedia - Love.az

Ana Səhifə - I Ferdinand Ruminiya Krali

I Ferdinand (rum. Ferdinand Viktor Albert Meinrad von Hohenzollern-Sigmaringen; 24 avqust 1865[1][2][…], Ziqmaringen[4] – 20 iyul 1927[1][3][…], Sinaya[d][4]) — II Rumıniya kralı. Birləşdirici (rum. Întregitorul) ünvanıyla tanınır.

I Ferdinand
rum. Ferdinand I
rum. Ferdinand I al României
II Rumıniya kralı
10 oktyabr 1914 – 20 iyul 1927
ƏvvəlkiI Karol
SonrakıI Mixail
Şəxsi məlumatlar
Doğum tarixi 24 avqust 1865(1865-08-24)[1][2][…]
Doğum yeri
  • Ziqmaringen[4]
Vəfat tarixi 20 iyul 1927(1927-07-20)[1][3][…] (61 yaşında)
Vəfat yeri
  • Sinaya[d], Rumıniya[4]
Dəfn yeri
  • Kurtya-de-Ardjeş kafedralı[d]
Təhsili
  • Leypsiq Universiteti,
  • Tübingen Universiteti
Fəaliyyəti monarx
Həyat yoldaşı
  • Edinburqlu Mariya (1893–1927)
Uşaqları
  • II Karol (Rumıniya kralı),
  • Rumıniyalı Yelizaveta (Yunanıstan kraliçası),
  • Rumıniyalı Mariya (Yuqoslaviya kraliçası)
Dini Roma-Katolik kilsəsi
Rütbəsi general
Təltifləri Royal Victorian Order (Birləşmiş Krallıq) Bant ordeni (İngiltərə krallığı) Qüdrətli Hamam ordeni (Birləşmiş Krallıq) Qara Qartal ordeni (Prussiya) "Qırmızı qartal" ordeni (Prussiya) House Order of Hohenzollern "Karageorgi ulduzu" ordeni (Serbiya krallığı) "Ağ qartal" ordeni (Serbiya krallığı) "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya imperiyası) III dərəcəli Müqəddəs Georgi ordeni (Rusiya imperiyası) 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni (Rusiya imperiyası) Knight of the Order of St. Alexander Nevsky (Rusiya imperiyası) Ağ Qartal ordeni (Rusiya imperiyası) 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) Order of Saint Stephen of Hungary (Avstriya imperiyası) I Leopold ordeni (Belçika) Cəsur Mixay ordeni (Rumıniya) Order of Carol I (Rumıniya Krallığı) "Rumıniya ulduzu" ordeni "Sadiq xidmətə görə" ordeni (Rumıniya) Order of the Crown (Rumıniya) Order of the Redeemer (Yunanıstan) Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus (Savoy hersoqluğu) Knight Grand Cross in the Order of the Netherlands Lion (Niderland) Knight of the Order of the Golden Fleece "Fəxri legion" ordeninin Böyük xaçı (Fransa) Order of Saint Hubert (Bavariya Krallığı) "Müqəddəs Aleksandr" ordeni (Bolqarıstan knyazlığı) Order of Prince Danilo I (Monteneqro Knyazlığı) Serafimlər ordeni (İsveç) "Fil" ordeni (Danimarka) — 1908 "Ağ qartal" ordeni (Reç Pospolita) Grand Cross of the Order of Military Virtue (Polşa) Knight of the Order of the Most Holy Annunciation (İtaliya) Order of the Rue Crown (Saksoniya) Knight grand cross of the order of the crown of Italy (İtaliya krallığı) Order of Ludwig I (Hessen knyazlığı) Royal Victorian Chain (Birləşmiş Krallıq) "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) Order of the Saxe-Ernestine (Saksen-Koburq-Qota)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası Hohensollern şahzadəsi Leopold, anası isə Portuqaliya kraliçası II Mariyanın qızı İnfanta Antoniya idi. Ailəsi Prussiya monarx ailəsi olan Hohensollern sülaləsinin katolik qoluna mənsub idi.

1880-ci ildə atasının, 1886-cı ildə isə böyük qardaşı Vilyamın imtina etməsinin ardından Ferdinand Rumıniya taxt-tacının vəliəhdi elan olundu. Belə ki, əmisi I Karol Rumıniya kralı idi və varisi yox idi. Vəliəhd elan edilməsinin ardından Rumıniyada yaşamağa başlayan Ferdinand hərbi karyerasına davam etdi. Qısa zamanda general-leytenant rütbəsinə yüksəldi. 1893-cü ildə həm kraliça Viktoriyanın, həm də II Aleksandrın nəvəsi olan Mariya ilə evləndirildi.

Əmisinin ölümünün ardından 10 oktyabr 1914-cü ildə Rumıniya taxt-tacına sahibləndi. Birinci Dünya müharibəsi illərində ölkəni idarə edən I Ferdinand İttifaq dövlətlərinə qarşı Antanta birliyini dəstəklədi. Bu isə Almaniya imperatoru II Vilhelmin soyadından Hohensollern adını çıxarmasına səbəb oldu. Müharibənin sonunda I Ferdinand Bessarabiya, Transilvaniya və Bukovina bölgələrini ölkəyə birləşdirdi və 1922-ci ildə keçirilən təntənəli mərasimdə Böyük Rumıniya kralı kimi tac taxdı.

Ancaq 1925-ci ildə böyük oğlu və vəliəhdi Karolun taxtdan imtina edərək Birləşmiş Krallığa qaçması ilə ailə arasında vərasət problemi yarandı. Belə ki, taxt sırasındakı növbəti namizəd qaçan vəliəhdin 4 yaşlı oğlu Mixail idi. 1927-ci ildə I Ferdinand xərçəng xəstəliyi səbəbilə vəfat etdi və yerinə 3 nəfərlik bir komissiyanın nəzarət etdiyi 6 yaşlı nəvəsi I Mixail taxta çıxarıldı.

Ailəsi

redaktə

10 yanvar 1893-cü ildə Ziqmaringendə həm kraliça Viktoriyanın, həm də II Aleksandrın nəvəsi olan Edinburqlu Mariya ilə evləndirildi və cütlüyün bu nigahdan 6 övladı dünyaya gəldi. Bunlardna ən kiçiyi isə yetkinlik yaşına çatmadı.

  • II Karol, Rumıniya kralı
  • Yelizaveta, Yunanıstan kraliçası
  • Mariya, Yuqoslaviya kraliçası
  • Şahzadə Nikolay (18 avqust 1903 - 9 iyun 1978)
  • Şahzadə İlena (5 yanvar 1909 - 21 yanvar 191)
  • Şahzadə Mirkeya (3 yanvar 1913 - 2 noyabr 1916)

Mənbə

redaktə
  • Institute for Operative-Strategic Studies and Military History, Romania in World War II 1941–1945, Publishing House Sylvi, Bucharest 1997. ISBN 973-9175-24-4
  • Duțu, A.; Institute for Operative-Strategic Studies and Military History; Alexandrescu, I. (1997). Romania in World War II, 1941–1945. Publishing House Sylvi. ISBN 9789739175241
  • Jørgen Pedersen (2009). Riddere af Elefantordenen, 1559–2009 (in Danish). Syddansk Universitetsforlag. p. 468. ISBN 978-87-7674-434-2

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Ferdinand I // Encyclopædia Britannica (ing.).
  2. ↑ 1 2 Ferdinand (Ferdinand I.) // Brockhauz Ensiklopediyası (alm.).
  3. ↑ 1 2 Lundy D. R. Ferdinand Viktor Albert Meinrad von Hohenzollern-Sigmaringen, King of Romania // The Peerage (ing.).
  4. ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #119346397 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Ferdinand_(Rumıniya_kralı)&oldid=7906170"
LOVE.AZ