. Love.az

I Francesko Medici Toskana Hersoqu - Wikipedia - Love.az

Ana Səhifə - I Francesko Medici Toskana Hersoqu

I Françesko Mediçi (it. Francesco I de' Medici; (25 mart 1541, Florensiya, Florensiya Respublikası – 17 oktyabr 1587, Pocco a Kayano, Böyük Toskana hersoqluğu) — Böyük Toskana hersoqu.

I Françesko Mediçi
Böyük Toskana hersoqu
21 aprel 1574 – 19 oktyabr 1587
ƏvvəlkiI Kozimo
SonrakıI Ferdinand
Şəxsi məlumatlar
Doğum tarixi 25 mart 1541
Doğum yeri
  • Florensiya, Florensiya Respublikası
Vəfat tarixi 17 oktyabr 1587(1587-10-17) (46 yaşında)
Vəfat yeri
  • Pocco a Kayano, Böyük Toskana hersoqluğu
Vəfat səbəbi malyariya
Fəaliyyəti monarx, siyasətçi
Atası I Kosimo[1]
Həyat yoldaşları
  • Avstriyalı Yuanna (hersoqina) (1565–1578)[1],
  • Bianka Kapello (Toskana hersoqinası) (1578–1587)[1]
Uşaqları
  • Elyanora Mediçi (Mantuya hersoginası),
  • Mariya Mediçi[1]
Ailəsi Mediçilər
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

18 dekabr 1565-ci ildə Florensiyada Müqəddəs Roma imperatoru I Ferdinandın qızı İohanna ilə evləndi. Cütlüyün bu nigahdan 8 övladı dünyaya gəlsə də, bunlardan yalnız üçü yetkinlik yaşına çata bildi. Xanımı son övladının hamiləliyi əsnasında qəza keçirdi və övladının ölü doğulmasından bir gün sonra vəfat etdi.

  • Elyanora Mediçi
  • Romola (1568)
  • Anna Mediçi (1569-1584)
  • İzabella (1571-1572)
  • Lukresiya (1572-1574)
  • Mariya Mediçi
  • Filippo (1577-1582)
  • Ölü doğulan bir oğlan uşağı (1578)

Xanımının ölümündən bir neçə ay sonra I Françesko uzun illərdir məşuqəsi olan və bir oğul övladı dünyaya gətirən dul Bianka Kapello ilə evləndi. İkinci xanımı da rəsmi şəkildə Böyük Toskana hersoqinası ünvanı alsa da, oğlu nigahdan öncə dünyaya gəldiyinə görə heç vaxt tanınmadı və taxt hüququndan məhrum edildi.

  • Antonio Mediçi (1576-1621)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Kindred Britain.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Françesko_Mediçi_(Toskana_hersoqu)&oldid=8115800"
LOVE.AZ