I Janfrançesko Qonzaqa (it. Gianfrancesco I Gonzaga; 1395[1][2][…], Mantuya, Mantova əyaləti – 23 sentyabr 1444, Mantuya, Mantova əyaləti) — I Mantuya markizi. O, həmçinin "Xalqın komandanı" ünvanı daşıyan kondotyer idi.
I Janfrançesko Qonzaqa | |
---|---|
it. Gianfrancesco I Gonzaga | |
![]() | |
7 mart 1407 – 22 sentyabr 1433 | |
Əvvəlki | I Françesko Qonzaqa |
22 sentyabr 1433 – 23 sentyabr 1444 | |
Sonrakı | III Lüdovik Qonzaqa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1395[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 1444 |
Vəfat yeri | |
Fəaliyyəti | kondotyer |
Həyat yoldaşı |
|
Uşaqları | |
Dini | xristianlıq |
![]() |
1395-ci ildə dünyaya gəldi. Atası Mantuya lordlarından kondotyer I Françesko Qonzaqa, anası isə Rimini lordu I Qaleotto Malatestanın qızı Marqaritadır.[3]
1407-ci ildə atasının vəfatıyla Mantuya şəhərinin idarəsini ələ aldı. Ancaq hələ 12 yaşında idi və bu səbəblə, dayısı I Karlo Malatestanın himayəsində qaldı. 1409-cu ildə uzaq qohumu Paola Malatesta ilə evləndi.[3] Cütlüyün bu nigahdan 8 övladı dünyaya gəldi.
22 sentyabr 1433-cü ildə 12 min qızıl florin xərac ödəyərək Müqəddəs Roma imperatoru Sigizmunddan markqraf ünvanı satın aldı.[4] 1412-ci ildə Papa dövləti, 1417-ci ildə Malatestalar üçün döyüşdü və 1434-cü ildən etibarən Venesiya Respublikasının hərbi komandanı olaraq xidmət etdi.[4] Daha sonra tərəf dəyişərək Milan hersoqu Filippo Mariya Vizkonti üçün Venesiyaya qarşı döyüşdü. Bu isə bəzi kiçik bölgələrin əlindən çıxmasına səbəb oldu.