I Karl Qonzaqa (it. Carlo I Gonzaga; 6 may 1580, Paris – 22 sentyabr 1637[1], Mantuya, Mantova əyaləti) — VIII Mantuya hersoqu.
I Karl Qonzaqa | |
---|---|
fr. Charles Ier Gonzague | |
![]() | |
25 dekabr 1627 – 22 sentyabr 1637 | |
Əvvəlki | II Vinçenzo Qonzaqa |
Sonrakı | II Karl Qonzaqa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 may 1580 |
Doğum yeri | |
Vəfat tarixi | 22 sentyabr 1637(1637-09-22)[1] (57 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
![]() |
1580-ci ildə Parisdə dünyaya gəldi. Mantuya hersoqu II Frederikin nəvəsi, Never hersoqu Lüdovikin oğludur.
Mantuyada hersoqun oğul şəcərəsi quruduğu üçün ailəyə ən yaxın qan qohumu kimi Karl Qonzaqa taxta dəvət edildi. Beləcə, II Vinçenzonun vəfatının ardından Mantuya taxt-tacına sahibləndi. Ancaq bu addım bölgədə gözü olan Müqəddəs Roma imperatoru II Ferdinand və İspaniya kralı IV Filippin maraqlarına zidd idi. Beləcə ölkədə vətəndaş müharibəsi başladı.
1629-cu ildə mühasirəyə alınan Mantuya şəhəri 18 iyul 1630-cu ildə almanların əlinə keçdi və 3 gün boyunca talan edildi. I Karl isə mühasirədən qısa müddət öncə şəhərdən qaçıb gizlənmişdi. Aparılan danışıqların ardından onun bölgəyə dönməsinə icazə verildi. 1637-ci ildə vəfat etdi və taxt keçmiş Mantuya hersoqlarının soyuna mənsub Mariya Qonzaqadan doğulan nəvəsinə qaldı.