I Robert (ing. Robert I of Scotland; 11 iyul 1274 – 7 iyun 1329) — Şotlandiya kralı. Birinci Şotlandiya Müstəqillik müharibəsi boyunca hakimiyyətdə oldu və ingilislərə qarşı ölkəni cəsarətlə müdafiə etdi.
I Robert | |
---|---|
şot.kelt Roibert a Briuis | |
![]() | |
25 mart 1306 – 7 iyun 1329 | |
Əvvəlki | I İohann |
Sonrakı | II David |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 iyul 1274 |
Vəfat tarixi | 7 iyun 1329 (54 yaşında) |
Vəfat səbəbi | cüzam[3] |
Fəaliyyəti | döyüşçü, monarx |
Həyat yoldaşları |
|
Uşaqları | |
Dini | katolisizm |
![]() |
Şotlandiya kralı I Davidin şəcərəsindən olan Robert Vilyam Vollesin İngiltərə kralı I Eduarda qarşı üsyanında yer aldı və 1298-ci ildə Şotlandiyanın qoruyucusu ünvanı aldı. Ancaq həmkarlarından İohann Kominin öldürülməsində adı hallandı və bu səbəblə, Roma papası V Klement tərəfindən 1306-cı ilin fevralında aforoz edildi. Ölkədəki gücünü itirməmək üçün dərhal taxt iddiasını irəli sürdü və 25 mart 1306-cı ildə keçirilən tacqoyma mərasimiylə özünü Şotlandiya kralı elan etdi. Ardından ingilislərlə və taxt iddiası irəli sürən yerli rəqiblərinə qarşı mübarizəni davam etdirdi. 1309-cu ildə ilk parlamentini topladı. Ard-arda qazandığı hərbi zəfərlərin ardından ingilislər Şotlandiyanın bölgədəki gücünü tanıdı.
1320-ci ildə şotland əsilzadələr I Robertin suveren hökmdar olmasıyla bağlı bəyannamə hazırlayaraq Roma papası XXII İohanna təqdim etdilər. Roma papasının bu bəyannaməni 1324-cü ildə təsdiq etməsi və 1326-cı ildə Fransa ilə ittifaqın yenilənməsi ilə I Robert suveren hökmdar olaraq hakimiyyəti ələ aldı.
1327-ci ildə baş tutan taxt çevrilişiylə İngiltərə kralı II Eduard oğlunun lehinə taxtdan əl çəkdi və yeni kralın adına hakimiyyəti ələ alan naibləri ertəsi il I Robertin Şotlandiyadakı hakimiyyətini tanıyan bir sülh müqaviləsi bağladı.
İlk evliliyi 1296-cı ilin əvvəlində Mar qrafının qızı İzabella ilə baş tutdu və cütlüyün bu nigahdan bir qızı doğuldu. Ancaq xanımı doğuş əsnasında vəfat etdi.
İkinci evliliyi 1302-ci ildə Ulster qrafının qızı Yelizaveta Bruqla baş tutdu. Cütlüyün bu nigahdan 5 uşağı doğuldu və bunlardan yalnız biri yetkinlik yaşına çatmadan vəfat etdi.