Jalə Fərhad qızı Əhmədova (23 aprel 1981, Bakı) — Hüquqşünas, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı,[1]Dünya Alpaqut Federasiyasının Prezidenti,[2][3] Paralimpiya Komitəsinin İdarə Heyətinin üzvü, "Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək" İB İdarə Heyətinin üzvü, "IDDO Psixi Sağlamlıq" Proqramının rəhbəri, Gənclərlə iş sahəsi üzrə mentor. Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin Müşaviri.[4]
Jalə Əhmədova | |
---|---|
![]() | |
10 mart 2020 – 23 sentyabr 2024 | |
Seçki dairəsi | VI çağırış — 59 saylı Salyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 aprel 1981(1981-04-23) (44 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dövlət qulluqçusu, hüquqşünas |
|
|
Təltifləri |
![]() |
Əhmədova Jalə Fərhad qızı 23 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini magistr dərəcəsi ilə bitirib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə bitirib. Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində baş zabit- hüquqşünas vəzifələrində çalışıb.[5] AR Milli Məclisinin VI çağırış deputatı olub. Hal-hazırda AR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin Müşaviri vəzifəsində çalışır.
Rus və ingilis dillərini bilir.
Ehtiyatda olan zabitdir.
Jalə Əhmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi polkovnik Fərhad Əliyevin (1954–2022) qızıdır.
AR Dövlət Təhlükəsizlik Xidmətinin mərhum polkovniki Babək Əhmədovun (1970–2022) həyat yoldaşıdır.
İki övladı var.