. Love.az

Jan Iv Le Drian - Wikipedia - Love.az

Ana Səhifə - Jan Iv Le Drian

Jan-İv Le Drian (fr. Jean-Yves Le Drian; 30 iyun 1947[2][3][…], Loryan[2][3]) — Fransa dövlət xadimi və siyasətçisi. 16 may 2012-ci ildən 17 may 2017-ci ilə qədər Jean-Marc Heroult, Manuel Vals, Bernard Kaznevin ofislərində Fransa Müdafiə naziri, 17 may 2017-ci ildən etibarən Eduard Flippinin ofisində, Fransanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri vəzifəsində çalışmışdır.

Jan-İv Le Drian
fr. Jean-Yves Le Drian
Avropa Xarici İşlər naziri
16 may 2012-ci il – 11 may 2017-ci il
ƏvvəlkiJean Marc Ayrault
Şəxsi məlumatlar
Doğum tarixi 30 iyun 1947 (77 yaş)
Doğum yeri Fransa
Partiya
  • Fransa Sosialist Partiyası (1974–2018)[1]
Təhsili
  • Ren Universiteti
Fəaliyyəti siyasətçi, tarixçi
Atası Jan Le Drian
Anası Luziett Deryen
Həyat yoldaşı Mariya Vadilo

Təltifləri "Qızıl runo" ordeni (Gürcüstan) — 2016 "Fəxri Legion" ordeninin zabit dərəcəsi (Fransa) — 2022 1-ci dərəcəli "Doğan günəş" ordeni (Yaponiya) "Doğan günəş" ordeninin Böyük kordonu (Yaponiya) — 2019 Great Cross with Star and Sash of the Order of Merit of the Federal Republic of Germany (Almaniya) — 2017 "Şərəf" ordeni (Moldova) — 2022 "Katolik İzabella" ordeninin böyük xaçı (İspaniya) — 2015 "Xidmətlərə görə" ordeninin ulduzlu komandor dərəcəsi (Polşa) Respublika ordeni (Misir) — 2017 National Order of the Ivory Coast (Kot-d'İvuar) — 2017 Order of Valour (Kamerun) — 2019 Grand Officer of the National Order of the Lion (Seneqal) — 2014 Grand Officer of the National Order of Mali — 2013
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Fəaliyyəti
  • 2 Mükafatlar
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Fəaliyyəti

redaktə

Jan-İv Le Drian 1973-cü ildə universiteti bitirmişdir.

1977-ci ildən 2004-cü ilədək Loriyana şəhərinin bələdiyyə müşaviri (Morbian şöbəsi);

1978-ci ildən 1991-ci ilədək və 1997-ci ildən 2007-ci ilə qədər isə Morbihan şəhərində Fransa Milli Məclisinin deputatı olmuşdur;

1981–1998-ci illərdə Loriyana meri (Morbian şöbəsi) vəzifəsində çalışmışdır;

1983–2004-cü illərdə Loriyana aqlomerasiya icmasında üzv olmuşdur;

1991-ci ildən 1992-ci ilədək Dəniz İşləri üzrə Dövlət Katibi, Fransanın Mənzil və Nəqliyyat naziri olmuşdur;

1993-cü ildə Fransanın Təhsil fəxri ümumi müffətişi, 1994–2004-cü illərdə Biritaniyanın regonial müşaviri vəzifəsində çalışmışdır;[4]

2004–2012-ci və 2015–2017-ci illərdə Britaniyanın Regonial Şurasının sədri;[5]

2005-ci ildə isə Regonlar Komitəsinin Fransız heyətinin sədr müavini təyin olundu, bu komitənin Bürosuna üzv oldu;

2010-cu ildə Avropanın Periferik Dəniz Bölgələrinin (CPMR) Konfransının prezidenti seçilmişdir;[6]

16 may 2012-ci il və 17 may 2017-ci ildə Fransa Müdafiə naziri;

2017-ci ildə prezident seçkilərinin ilk turunda Emmanuel Makronun namizədliyini dəstəkləyib;[7]

17 may 2017-ci ildən etibarən Eduard Flippinin ofisində Fransa Xarici İşlər və Beynəlxalq Əmakdaşdlıq naziri vəzifəsində.

2017-ci ildə Fransa Sosialist Partiyasının və Fransa Böyük Şərqinin üzvü olmuşdur.[8]

2021-ci ilin noyabrında "Le Monde" qəzetinə verdiyi müsahibədə Jan-İv Le Drian barmağını Çin və Rusiyaya işarə edərək, Afrika ölkələrini ağırlaşdıran iqtisadi yırtıcılıqdan narahatlığını ifadə etdi. Avropalılar nəyin bahasına olursa-olsun Afrika qitəsi ilə münasibətlərini yenidən qurmalı olan Jean-Yves Le Drian, "Rəqiblərimizin heç bir tabu və ya məhdudiyyəti yoxdur" dedi.

Mükafatlar

redaktə
  •   İspaniya:   Grand Cross (2015) İsabella Katolik Ordeni[9]
  •   Almaniya:   Grand Cross (2017) Almaniya Federativ Respublikasının mükafatı[10]
  •   Misir:   Grand Cordon (2017) Misir Respublikasının Mükafatı[11]

Həmçinin bax

redaktə
  • Normandiya dördlüyü
  • Vladimir Putin
  • Anqela Merkel
  • Emmanuel Makron
  • Fransua Olland
  • Petro Poroşenko

İstinadlar

redaktə
  1. ↑ https://www.lemonde.fr/politique/article/2018/03/08/jean-yves-le-drian-quitte-le-parti-socialiste_5267463_823448.html.
  2. ↑ 1 2 Jean-Yves Le Drian (fr.). gouvernement de la République française, 2017.
  3. ↑ 1 2 Sycomore (fr.). / Assemblée nationale
  4. ↑ "L'Union démocratique bretonne : un demi-siècle de lutte pour l'autonomie" [The Breton Democratic Union: half a century of fight for the autonomy]. 1 mart 2014. ISSN 0245-9507. 2023-07-23 tarixində arxivləşdirilib.
  5. ↑ "Monsieur Jean-Yves LE DRIAN" Le Trombinoscope Arxivləşdirilib 2022-06-08 at the Wayback Machine 29 may 2008, Fransız dilində bioqrafik baza
  6. ↑ "Actualité – Personnalité – Jean-Yves Le Drian". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2013.
  7. ↑ "Manuel Vals+ Emmanuel Makron = ?". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
  8. ↑ Les influences de la franc-maçonnerie sur les décisions de François Hollande Arxivləşdirilib 2015-06-18 at the Wayback Machine (fr.)
  9. ↑ "Real Decreto 1093/2015, de 4 de diciembre por el que se concede la Gran Cruz de la Orden de Isabel la Católica Jean-Yves Le Drian, Ministro de Defensa de la República Francesa". BOE (Spanish Official Journal). 5 December 2015. 31 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 February 2016.
  10. ↑ "RDes C130J franco-allemands bientôt à Evreux". defense.gouv.f. 14 Aprel 2017. 5 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2017.
  11. ↑ "Le Drian décoré par le président égyptien" [Le Drian decorated by the Egyptian President] (fransız). Le Figaro. 2017-02-28. 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Jan-İv_Le_Drian&oldid=7571024"
LOVE.AZ