. Love.az

Jan Mariya Vizkonti Milan Hersoqu - Wikipedia - Love.az

Ana Səhifə - Jan Mariya Vizkonti Milan Hersoqu

Jan Mariya Vizkonti (it. Giovanni Maria Visconti; 7 sentyabr 1388[1], Abbiateqrasso[d], Milan əyaləti – 16 may 1412[1], San Gottardo[d], Milan hersoqluğu[1]) — II Milan hersoqu. Zalımlığı və sui-qəsd nəticəsində öldürülməsiylə tanınır.

Jan Mariya Vizkonti
II Milan hersoqu
3 sentyabr 1402 – 16 may 1412
ƏvvəlkiJan Qaleazzo Vizkonti
SonrakıFilippo Mariya Vizkonti
Şəxsi məlumatlar
Doğum tarixi 7 sentyabr 1388[1]
Doğum yeri
  • Abbiateqrasso[d], Milan əyaləti, Lombardiya
Vəfat tarixi 16 may 1412[1] (23 yaşında)
Vəfat yeri
  • San Gottardo[d], Milan hersoqluğu[1]
Dəfn yeri
  • Milan kafedralı
Fəaliyyəti siyasətçi
Atası Jan Qaleazzo Vizkonti[2]
Anası Katerina Vizkonti (Milan hersoqinası)[2]
Həyat yoldaşı
  • Antoniya Malatesta (Milan hersoqinası) (1408–)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası ilk Milan hersoqu Jan Qaleazzo Vizkonti, anası isə onun həm əmisi qızı, həm də ikinci xanımı olan Katerina Vizkontidir. Atasının vəfatının ardından hələ 13 yaşında ikən anasının naibəliyi altında Milan hersoqu elan edildi. Buna baxmayaraq atasının ani ölümü ilə bölgədəki əyanlar və kondottiyerilər taxt mübarizəsinə başladılar. Bu taxt mübarizəsi əsnasında anasından belə şübhələnən Jan Mariya 18 avqust 1404-cü ildə onu Montsada həbs etdirdi. Qısa müddət sonra həbs tutulduğu qalada şübhəli vəziyyətdə vəfat edən anası Katerina Vizkontinin ölümündən məsul tutuldu.

Mərkəzi hakimiyyətə tabe olmaq istəməyən əyanların ən böyük bəhanəsi isə Jan Mariyanın dövlət idarəsindən xəbərsiz olması və qəddarlığı ilə hər kəsi can qorxusuna salması idi. Edama məhkum edilən şəxsləri parçalaması üçün xüsusi itlər bəsləməsiylə məşhur olan Jan Mariya özünə tərəfdar toplamaq məqsədilə 1408-ci ildə Rimini lordunun qızı Antoniya Malatesta ilə nikahlandı. Ancaq cütlüyün övladı olmadı.

Apardığı sərt siyasət və qəddarlığı səbəbilə, 16 may 1412-ci ildə Milandakı San Qottardo kilsəsi önündə sui-qəsd nəticəsində qətlə yetirildi. Ölümünün ardından qardaşı Filippo Mariya taxta çıxarıldı.

Mənbə

redaktə
  • Rossi, Antonio Domenico (1830). Ristretto di storia patria ad uso de'Piacentini (in Italian). Maino. p. 245
  • Sabatini, Raphael (1926). Bellarion the fortunate: a romance. Boston: Houghton Mifflin
  • Tonini, Luigi (1884). Rimini (in Italian). Vol. 5. Rimini: Orfanelli e Grandi. p. 22

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Gamberini A. GIOVANNI MARIA Visconti, duca di Milano // GIOVANNI MARIA Visconti, duca di Milano (it.). 2001. Vol. 56.
  2. ↑ 1 2 Lundy D. R. Giovanni Maria Visconti, Duca di Milano // The Peerage (ing.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Jan_Mariya_Vizkonti_(Milan_hersoqu)&oldid=7717636"
LOVE.AZ