Jofiya Kovaç (mac. Kovács Zsófia; 6 aprel 2000, Dunauyvaroş, Feyer medyesi[d]) — 2016 və 2020-ci il Olimpiya Oyunlarının macar idman gimnastı.[1]
Jofiya Kovaç | ||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
mac. Kovács Zsófia | ||||||||||||||||||||||||||
![]() | ||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||
Doğum tarixi | 6 aprel 2000(2000-04-06) (25 yaş) | |||||||||||||||||||||||||
Doğum yeri |
|
|||||||||||||||||||||||||
Boyu | 157 sm | |||||||||||||||||||||||||
Çəkisi | 48 kq | |||||||||||||||||||||||||
Gimnastika karyerası | ||||||||||||||||||||||||||
Təmsil etdiyi ölkə |
![]() |
|||||||||||||||||||||||||
Gimnastika növü | idman gimnastikası | |||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||
![]() |
O, 2017 və 2023-cü illərdə çoxnövçülük üzrə Avropa çempionatının gümüş mükafatçısı, 2020-ci ildə paralel qollarda Avropa çempionu, həmçinin tullanma üzrə 2020 və 2022-ci illər Avropa çempionu.
Kovaç 6 aprel 2000-ci ildə Dunauyvaroşda anadan olub. Altı yaşında gimnastika ilə məşğul olmağa başlayıb.[1]
Kovaç çoxnövçülükdə 19-cu yer tutduğu 2014-cü il Avropa çempionatında yarışıb.[2] 2015-ci il Avropa Gənclər Olimpiya Festivalında Kovaç çoxnövçülükdə beşinci, tullanmada dördüncü, paralel qollarda və tarazlıqda yeddinci yerin sahii olub.[3]
Kovaç 2016-cı ildə böyüklər arasında yarış hüququ qazanıb, Culiya Ştaynqruber və Barbora Mokosovanı çoxnövçülükdə geridə qoyaraq, qalib gəldiyi Avstriya Team Open-da böyük debütünü etdi.[4] Daha sonra Doha Dünya Çağırış Kubokunda yarışaraq, Ştaynqruber və Diana Bulimardan sonra bürünc medal qazandı.[5]
Aprel ayında Kovaç Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının seçmə mərhələsində yarışdı. O, çoxnövçülükdə on dördüncü olaraq, Olimpiya Oyunlarında yarışmaq üçün fərdi vəsiqə qazandı.[6] Olimpiya Oyunlarının təsnifat mərhələsində Kovaç çoxnövçülükdə 33-cü yeri tutaraq, heç bir finala yüksələ bilmədi.[7]
Olimpiadadan sonra Kovaç Sombatxey Dünya Çağırış Kubokunda yarışaraq, paralel qollarda bürünc medal qazandı.[8] O, həmçinin paralel qollar və dayaqlı tullanma üzrə qızıl medallar qazandığı Kotbas Dünya Kubokunda da yarışdı, dayaqlı tullanmada bürünc medal qazandı.[9]
2016-cı ildə o, TZ DSHS Köln komandası üçün Almaniya Gimnastika Bundesliqasında (premyer liqa) çıxış edərək, yarışın ikinci günündə, bütün gimnastlar arasında çoxnövçülük üzrə ən yaxşı çıxışını nümayiş etdirdi.[10]
2017-ci ildə Kluj-Napokada keçirilən Avropa çempionatında Kovaç, çoxnövçülükdə Ellisa Daunidən sonra gümüş medal qazandı və Adrien Varqanın 1998-ci ildə tullanmadakı qalibiyyətindən sonra, podiuma çıxan ilk macar qadın oldu. Bundan əlavə, Kovaç dayaqlı tullanma və paralel qollarda altıncı oldu.[11] O, 2017-ci ildə Monrealda keçirilən Dünya çempionatında da iştirak etsə də, finala vəsiqə qazana bilmədi.[12]
Kovaç qarın nahiyəsindən aldığı zədə səbəbindən 2018-ci il Avropa çempionatına qatıla bilmədi. Bununla belə, o, 2018-ci ildə Sombatxey Dünya Çağırış Kubokunda yarışdı və burada dayaqlı tullanmanın finalında qızıl medal qazandı.[13] O, Dohada keçirilən 2018-ci il Dünya çempionatında yarışaraq, 51,765 xalla iyirminci yeri tutdu və çoxnövçülüyün finalına vəsiqə qazandı.[12]
Martda 2019-cu il Ştutqart Dünya Kubokunda yarışmış Jofiya çoxnövçülükdə doqquzuncu oldu. Aprel ayında o, ayağından aldığı zədə səbəbindən 2019-cu il Avropa çempionatında iştirak edə bilmədi.[14] O, iyun ayında Koper Dünya Çağırış Kubokunda yarışa qayıtdı, paralel qollar və dirəklə tullanmada qızıl medallar qazandı.[15] Sentyabrda Paris Dünya Çağırış Kubokunda yarışan Kovaç, Melani de Jesus dos Santos və Anastasiya Aqafonovadan sonra paralel qollarda bürünc medal qazandı.[16] Oktyabrda, Ştutqartda keçirilən 2019-cu il Dünya çempionatında yarışa qatılmış Jofiya, təsnifat mərhələsində çoxnövçülükdə otuzuncu yeri tutdu. O, çoxnövçülük üzrə finala vəsiqə qazanmasa da, 2020-ci il Yay Olimpiya Oyunlarında fərdi iştirakı üçün vəsiqə qazandı.[17]
2020-ci ildə əksər yarışlar qlobal COVID-19 pandemiyası səbəbindən təxirə salındı. Dekabr ayında Kovaç Mersində yenidən planlaşdırılan 2020 Avropa çempionatında yarışdı. Bu yarışda Kovaç, Ksenqi Bəkski, Dorina Byötseke, Mirtil Makovits və Zoya Sekeydən ibarət Macarıstan komandası Ukrayna və Rumıniyadan sonra bürünc medal qazandı. Macarıstan komandasının fəxri kürsüdə yer alması Avropa çempionatı tarixində ilk dəfə idi.[18] Fərdi olaraq Kovaç 14.050 (orta xal 14.350 və 13.750) və 13.850 xalla tullanma və paralel qollarda qızıl medal qazandı.[19]
Kovaç 2021-ci il Avropa çempionatında paralel qollar və tarazlıqda yarışsa da, lakin finala çıxa bilmədi. O, 2021-ci il Osiyek Dünya Çağırış Kubokunda Nina Dervaldan sonra, paralel qollarda gümüş medal qazandı.[20] Doha Dünya Kubokunda isə, Diana Varinskadan sonra tarazlıqda gümüş medal qazandı.[21]
Kovaç, Macarıstanı 2020-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında təmsil edib. Təsnifat mərhələsində o, çoxnövçülükdə finala vəsiqə qazandı və paralel qollarda on dördüncü yeri tutdu. Çoxnövçülükdə finalda o, 53.433 xalla on dördüncü oldu.[22]
Kovaç daha sonra Kitakyuşuda, 2021-ci il Dünya çempionatında yarışdı, lakin ayağından aldığı zədə səbəbindən yarışı davam etdirə bilmədi. O, beşinci yeri tutduğu paralel qolların finalına vəsiqə qazandı.[12]
Kovaç 2022-ci ilin yarış mövsümünə Qahirə Dünya Kuboku ilə başladı və dirəkli tullanmada gümüş medal qazandı.[23] İyun ayında o, Koper Dünya Çağırış Kubokunda iştirak edərək, dirəkli tullanma və paralel qollarda üç qızıl medal qazandı.[24]
Avqust ayında Kovaç 2022-ci ildə Münxendə keçirilən Avropa çempionatında çoxnövçülükdə yarışdı. Lakin, yarışın təsnifat mərhələsində o, iki dəfə tarazlıq tirində və eyni zamanda paralel qollar üzərində də yıxıldı.[25] Düşməyinə baxmayaraq, o, çoxnövçülükdə 9-cu yeri tutaraq 52.765 xal toplaya bildi.[26] Bundan əlavə, o, dayaqlı tullanmada birinci və sərbəst hərəkətlərdə yeddinci yeri qazanmaqla Macarıstanın komanda finalına vəsiqə qazanmasında böyük rol oynadı. Macarıstan komanda finalında yeddinci oldu. Dayaqlı tullanmada Asya Damato və Alin Frisi geridə qoyaraq qızıl medal qazandı və ikinci Avropa çempionluğunu qazandı.[27] Döşəmə hərəkətlərinin finalında o, üçüncü tamblinq ötürməsində yıxıldığından səkkizinci oldu.[28]
2022-ci ildə Liverpulda keçirilən Dünya çempionatında Kovaç qarın əzələsindən aldığı zədə səbəbindən yarışı müxtəlif hündürlüklü qollar ilə məhdudlaşdı. Yeddinci yeri tutduğu finala vəsiqə qazandı.[29]
2023-cü il Avropa çempionatında Kovaç Macarıstana komandasına dördüncü yeri qazandırdı. Bundan əlavə, o, çoxnövçülükdə; müxtəlif hündürlüklü qollar, dayaqlı tullanma və sərbəst hərəkətlər finallarına vəsiqə qazandı. Çoxnövçülükdə finalda o, Cesika Qədirovadan sonra gümüş medal qazandı. O, müxtəlif hündürlüklü qollarda beşinci, döşəmə hərəkətində səkkizinci yeri tutdu və dayaqlı tullanmada bürünc medal qazandı.