Köhnə bolşeviklər (rus. ста́рый большеви́к) — 1917-ci ildə baş vermiş Oktyabr inqilabından əvvəl Bolşevik partiyasının üzvü olmuş şəxsləri nəzərdə tutan qeyri-rəsmi ifadə.[1]
Nikolay Buxarin, Lev Trotski, Qriqori Zinovyev, Sergey Kirov və Lev Kamenev kimi köhnə bolşeviklərdən bəziləri əsasən inqilab əleyhinə olmaları maddəsi ilə İosif Stalinin dövründə öldürülmüş və ya edam edilmişdirlər.[2] Bununla bərabər Vyaçeslav Molotov, Anatoli Lunaçarski və Mixail Kalinin kimi bəzi üzvlər Stalin dövründə belə dövlətdə müxtəlif mühüm vəzifələri tutmağa davam etmişdirlər. Stalinin köhnə bolşeviklərin bir qismini əmək düşərgələrinə göndərməsi və ya edam etdirməsi Trotski tərəfindən "xəyanətə məruz qalmış inqilab" kimi təsvir edilmiş, lakin bu fikir ümumi olaraq qəbul edilməmişdir, çünki köhnə bolşeviklərin içərisində Trotskiyə qarşı çıxanlarda var idi.
Stalindən sonra növbəti baş katib olmuş olanXruşşov Moskva prosesləri adı altında köhnə bolşeviklərin və kommunist partiyasının üzvlərinin məhkəmələrini müzakirələrə daha açıq bir vəziyyətə gətirmişdir.