. Love.az

Kolemen Abdulla Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Kolemen Abdulla Pasa

Köləmən Abdulla Paşa — (1846-1937) Türk əsgəri.[1]

Köləmən Abdulla Paşa
türk. Kölemen Abdullah Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1846
Doğum yeri Trabzon, Osmanlı İmperiyası
Vəfat tarixi 1937
Vəfat yeri İzmir, Osmanlı İmperiyası
Vətəndaşlığı
  •  Osmanlı imperiyası
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 1881-1913
Rütbəsi General-leytenant
Komandanlıq edib
  • Dördüncü ordu[d]
Döyüşlər

Osmanlı-Yunan müharibəsi (1897)

Balkan müharibələri

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Həmçinin bax
  • 4 Mənbə
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

1846-cı ildə Trabzonda anadan olmuşdur. Hərbi Akademiyanı bitirdikdən sonra 1881-ci ildən orduda xidmət etməyə başladı və kapitan rütbəsinə yüksəldi. Hicaz və Yəməndə xidmət etməyə başaldı. İstanbula qayıtdıqdan sonra Hərbi Akademiyada müəllim kimi fəaliyyət göstərdi. Von der Qoltzun tərcüməçisi və yardımçısı idi. Vyana hərbi nümayəndə kimi də göndərilmişdi.[1]

Anadolundakı erməni üsyanını yatırmaq ona həvalə edilmişdi. Musul qubernatoru idi. Daha sonralar isə müvəqqəti olaraq bir sıra xarici ölkələrə səfir kimi göndərilmişdi.

Fəaliyyəti

redaktə

1908-ci ildə II Məşrutiyətin elanından sonra Dördüncü ordunun komandiri oldu. 1910-cu ildə onun dərəcəsi aşağı salınaraq leytenant oldu. 1911-ci ildə dərəcəsi birinci dərəcəyə salındı. Ancaq daha sonra isə Albaniyada ordu komandiri və Anadoluda Qərb ordusunun komandiri təyin edildi.[1]

Balkan müharibələri başladığı bir vaxtda bu müharibəyə qarşı olmasına baxmayaraq Şərqi Frakiyada Şərq Ordusu komandiri təyin edildi. Komandir kimi təyin edildiyi zaman müharibənin taleyi ilə bağlı aşağıdakı bəyanatı verdi:

  Balkan dövlətlərindən Bolqarıstan ilə belə müharibə aparacaq bir vəziyyətdə deyilik. Silahlı qüvvələrimizin vəziyyəti yaxşı deyil. Düşməni Çatalcada dayandıra bilsək müvəffəqiyyət qazanmış olarıq.[1]  

Həmçinin bax

redaktə
  • Həsən İzzət Paşa
  • Balkan müharibələri
  • Türkiyə İstiqlaliyyət müharibəsi
  • Osmanlı-Yunan müharibəsi (1897)

Mənbə

redaktə
  • 1328 Balkan Harbinde Şark Ordusu Kumandanı Abdullah Paşanın hatıratı, Erkân-ı Harbiye Matbaası, 1917.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 "Kölemen Abdullah Paşa". Beyaztarih.com. 28 October 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 October 2018.

Xarici keçidlər

redaktə
  • "National Scapegoat" - The Montreal Gazette
  • "Commander's Plight" - The Montreal Gazette
  • "The War in Egypt" - Nelson Evening Mail
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Köləmən_Abdulla_Paşa&oldid=5767189"
LOVE.AZ