Kölgə Ovçuları (ing. Shadowhunters) — Ed Dekter tərəfindən Kasandra Kleirin populyar Ölüm Alətləri romanlar seriası əsasında yaradılmış Amerikan fövqəltəbii dram teleserialıdır. Şimali Amerikada 12 yanvar 2016-cı ildə Freeform kanalında premyerası baş tutmuşdur. Serialın çəkilişləri Kanadanın Ontario ştatının Toronto şəhərində baş tutmuşdur və hadisələr Kleri Freyin (Katerina Maknamara) on səkkizinci ad günündə iblisləri öldürən "Kölgə Ovçuları"-nın nəslindən olan yarı insan və yarı mələk olduğunu olması ətrafında cərəyan edir.
Kölgə Ovçuları | |
---|---|
Shadowhunters | |
![]() | |
![]() | |
Janr |
Fövqəltəbii Dram |
Əsaslanır | Kasandra Kleirin Ölüm Alətləri romanlar seriası |
İlk baxış tarixləri | 12 yanvar 2016 |
Prodüser |
Don Karmodi Devid Kormikan Martin Moszkouiçz |
Yaradıcısı | Ed Dekter |
Rollarda |
|
Bəstəkar | Ben Dekter |
İstehsalçı ölkə |
![]() |
İl | 2016 |
Studiya | Constantin Film |
Dil | İngilis dili |
Növü | Teleserial |
Mövsüm sayı | 3 |
Seriya sayı | 55 |
Seriya vaxtı | 42 dəqiqə |
Davametmə müddəti | 12 yanvar 2016 — 6 may 2019 |
Telekanal | Freeform |
IMDb | ID4145054 |
freeform.go.com/shows/sh… | |
![]() |
Romanlar seriasının birinci adapdasiyası olan Ölüm Alətləri: Sümüklər Şəhəri filminin istehsalçı şirkəti olan Constantin Film bu serialında prodüseri olmuşdur. Serial birinci mövsümündə tənqidçilərdən qarışıq rəylər almışdır. Mövsümün birinci seriası kanalda son iki il ərzində ən çox tamaşaçı toplaya bilmişdir. Bununla yanaşı serial bir GLAAD Mükafatı və iki Yeniyetmə Seçimi Mükafatı kimi bir sıra mükafatlara layiq görülmüşdür.
Serialın ikinci 20 seriadan ibarət olan mövsümü 2 yanvar 2017-ci ildə yayımlandı. 2016-cı ilin avqustunda serialın yaradıcısı Ed Dekter yaradıcılıq fərqlərinə görə serialı tərk etdi. Onun yerinə isə Todd Slavkin və Darren Suimmer keçdi. 21 aprel 2017-ci ildə Freeform üçüncü mövsüm üçün serialı yenilədi və 20 serialıq mövsümün 3 aprel 2018-ci ildə yayımlanacağı bildirildi.