Bu səhifə Vikipediya haqqında ən çox soruşulan suallara cavab tapmaq üçündür.
Haqqında səhifəsində Vikipedia haqqında ən çox axtarılan məlumatlar mövcuddur.
Sadə axtarışlar üçün hər səhifənin yuxarı hissəsində bir axtarış qutusu var. Qutuda axtarmaq istədiyiniz şeyi yazın. Axtardığınız şeyə uyğun olan səhifələr açılan siyahıda görünəcək. O səhifəyə getmək üçün siyahıdakı hər hansı bir səhifəni seçin. Tam olaraq axtardığınız səhifəyə getmək üçün ↵ Enter düyməsinə basın.
Həmçinin Vikipediyanın məhdudiyyətləri barədə xəbərdarlıq üçün diskleymer səhifəsini oxuyun.
Mobil görüntü üçün, səhifənin ən aşağısında yerləşən mobil görüntü keçidinə klikləyin.
Töhfə vermək çox asandır: bax: necə redaktə edilir.
Məqalələri təkmilləşdirərkən cəsur olun!! Faktlar əlavə edən zaman müvafiq mənbəsini də əlavə etməyi unutmayın.
Məqalədə səhv aşkarlamısınızsa, bunu siz özünüz birbaşa düzəldə bilərsiniz. Bunun üçün səhifənin yuxarısında yerləşən düyməsinə klikləyin.
Məqaləni özünüz düzəltməyə hazır deyilsinizsə, məqalənin müzakirə səhifəsində mesaj göndərin. Bu, məsələni həmin məqalə üzərində işləyən başqalarının diqqətinə çatdıracaq. Hər məqalənin səhifəsinin əvvəlində "Müzakirə" keçidi var.
Yeni məqalə yaratmağa başlamaq üçün əvvəlcə Kömək:İlk məqaləniz səhifəsini oxuyun, ardından məqalə sehrbazındakı təlimatları izləyin.
Ümumi suallar tez-tez soruşulan suallar səhifəsində cavablandırılıb.
Vikipediyanı redaktə etməkdə problem yaşayan yeni istifadəçilər Yardım masasına müraciət etməlidirlər. Könüllülər bacardıqca tez cavab verəcəklər.
Və ya müzakirə səhifənizdə kömək istəyin, hansısa könüllü sizə elə oradaca yardım edəcəkdir.