. Love.az

Konullu Semkir - Wikipedia - Love.az

Ana Səhifə - Konullu Semkir
Bu adın digər istifadə formaları üçün bax: Könüllü (dəqiqləşdirmə).

Könüllü — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.

Könüllü
40°47′03″ şm. e. 46°14′29″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 279 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Könüllü xəritədə
Könüllü
Könüllü

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 Mədəniyyəti
  • 7 Təhsil
  • 8 Din
  • 9 Səhiyyə
  • 10 İstinadlar
  • 11 Həmçinin bax

Toponimikası

redaktə

Yerli əhalinin məlumatına görə, 1920-ci illərdə yeni yaşayış məntəqəsi salmaq üçün dövlət Qarayir adlı ərazidə torpaq sahəsi ayırsa da, ora heç kim köçmürdü. 30-cu illərin əvvəllərində şair Əhməd Cavad burada ilk dəfə özünə ev tikdirmiş, bir qədər sonra isə onun təşəbbüsünə könüllü qoşulan Seyfəli camaatının Abbaslı kəndinin Kələntərli məhəlləsi buraya köçmüş və kənd Körpüqıran adlandırılmışdır. Könüllü eyni zamanda bir tayfanın adıdır.[1]

Tarixi

redaktə

1890-cı illərdə Seyfəli və İrmaşlı kəndlərindən gəlmə əhali tərəfindən salınıb. Əvvəllər insanlar burada köçəri həyat yaşayıblar, buradan qışlaq olaraq istifadə ediblər. Sonradan buraya bir çox ailələr köçərək böyük bir kənd salınıb.

Coğrafiyası və iqlimi

redaktə

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

redaktə

Kənd əhalisi 5073 nəfərdir ki, onunda 51% kişi, 49% isə qadınlar təşkil edir.

İqtisadiyyatı

redaktə

Kənddə 1093 təsərrüfat var. Kənd əhalisinin əsas məşğulliyəti taxılçılıq və heyvandarlıqdır. SSRİ vaxtında burada şərab zavodu tikilmişdir. Bununla əlaqədar olaraq bu kəndə Gədəbəy və Daşkəsən rayonlarından işləmək üçün gələnlər olmuşdur. Hazırda zavod fəalliyətini tam dayandırmışdır. Bu kənd üzüm bağları ilə çox məşhur olmuşdur. 1999-cu ilədək üzüm bağları olmuşdur. Hazırda vaxtilə üzüm bağları olan ərazilər fərdi təsərrüfatla məşğul olan insanlar tərəfindən taxıl və otlaq sahələri olaraq istifadə olunur.

Mədəniyyəti

redaktə

Kənddə 1 poçt, 2 rabitə qovşağı və 1 mədəniyyət evi var.

Təhsil

redaktə

Kənddə 2 orta məktəb və 4 uşaq bağçası fəaliyyət göstərir.

Din

redaktə

Səhiyyə

redaktə

Kənddə 2 tibb məntəqəsi mövcuddur.

İstinadlar

redaktə
  1. ↑ Könüllü (Şəmkir) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Həmçinin bax

redaktə
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Könüllü_(Şəmkir)&oldid=7409779"
LOVE.AZ