. Love.az

Kozbekci Yusif Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Kozbekci Yusif Pasa

Közbəkçi Yusif Paşa (ö. 1678) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]

Közbəkçi Yusif Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 1678
Vəfat yeri Vidin, Osmanlı imperiyası
Həyat yoldaşı Fatma Sultan
Rütbəsi Vəzir, Bəylərbəyi

Həyatı

redaktə

Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Bostançı ocağında yetişdikdən sonra 1662-ci ilin iyulunda bostançıbaşı, 1666-cı ilin mayında Silistrə sancaqbəyi və vəzir oldu. Bu vəzifədə ikən 1667-ci ilin sentyabrında Sultan Əhmədin qızlarından Fatma Sultanla nigahlandı. Nigahın ardından Temeşvar sancaqbəyi, 1670-ci ilin avqustunda Yanova, 1671-ci ilin martında isə Ərzurum bəylərbəyi olub, divan vəzirliyini davam etdirdi. Ardından paytaxta çağrıldı və 1677-ci ilin fevralında İstanbulda taxt naibi təyin edildi. Həmin ilin sonunadək bu vəzifədə qalan Yusif Paşa ardından orduya əsgər toplamaq məqsədilə Rumeliyə göndərildi. Ancaq 1678-ci ildə Vidin yaxınlığında vəfat etdi.

Mənbə

redaktə
  • Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.

İstinadlar

redaktə
  1. ↑ Sicill-i Osmani IV, səh. 171
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Közbəkçi_Yusif_Paşa&oldid=7013884"
LOVE.AZ