. Love.az

Kultepe Yasayis Yeri Beyleqan - Wikipedia - Love.az

Ana Səhifə - Kultepe Yasayis Yeri Beyleqan
Bu adın digər istifadə formaları üçün bax: Kültəpə yaşayış yeri.
Bu adın digər istifadə formaları üçün bax: Kültəpə.

Kültəpə yaşayış yeri - Beyləqan rayonu, Aşağı Çəmənli kəndi yaxınlığında yerləşən arxeoloji abidə[1].

Kültəpə yaşayış yeri
Ölkə  Azərbaycan
Şəhər Beyləqan
Yerləşir Aşağı Çəmənli
Aidiyyatı e.ə. III minillik – eramızın XI-XIII əsrləri
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Ümumi məlumat

redaktə

Beyləqan rayonunda orta əsrlərə aid yaşayış yeri. Aşağı Çəmənli kəndi yaxınlığında, kənddən 1,5 km qərbdədir. Araz çayının qədim yatağının sol sahilindəki Çardaxlı abidələrinə (e.ə. III minillik – eramızın IX-XIII əsrləri) daxildir. Hündürlüyü 3-3,5 m sahəsi təqribən 1,5 ha-dır. Axtarışlar zamanı müxtəlif saxsı qab nümunələri (bəsit, şirli), əmək alətləri, bəzək əşyaları, tikinti materialları (orta əsrlər üçün xarakterik olan bina bəzəkləri və bişmiş kərpiclər) və s. tapılmışdır. Yerlı məlumata görə, təbii yüksəkliklər olan təpələrin ətəyi yaşayış və əkin üçün əlverişli olduğu üçün burada yaşayış məskəni olmuşdur. Burada yaşayış monqolların yürüşü zamanı kəsilmişdir.

İstinadlar

redaktə
  1. ↑ "Tarixi-arxeoloji abidələr". beyleqanli.az. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kültəpə_yaşayış_yeri_(Beyləqan)&oldid=6665667"
LOVE.AZ