. Love.az

Kureken Eleddin Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Kureken Eleddin Pasa

Kürəkən Ələddin Paşa (ö. yanvar 1813) — Osmanlı sultanı III Səlim dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Ələddin Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi yanvar 1813
Fəaliyyəti dövlət rəsmisi
Atası Seyid Əhməd Paşa
Həyat yoldaşı Hibətullah Sultan

Atası I Əbdülhəmid dönəminin vəzirlərindən Seyid Əhməd Paşa idi. Atası Sultan Mustafanın qızlarından Xədicə Sultanla evli olsa da, Ələddin Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir.

Saray xidmətinə alınaraq baş qapıçı, ardından 1801-ci ildə vəzir rütbəsilə Qaraman bəylərbəyi təyin edildi. 1802-ci ilin sentyabrında Sivas, 1803-cü ilin fevralında Ərzurum, həmin ilin sentyabrında Anadolu bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 3 fevral 1804-cü ildə Sultan Əbdülhəmidin qızlarından Hibətullah Sultanla nigahlandı. Nigahdan bir müddət sonra vəzifədən alınsa da, 1807-ci ilin iyununda yenidən Anadoluya təyin olundu. Sultan Mustafanın taxtdan devrilməsinin ardından 1809-cu ildə bütün vəzifələrindən azad edilib, xanımıyla birlikdə Üsküdardakı köşkünə çəkildi. 1813-cü ilin yanvarında burada vəfat etdi.

Mənbə

redaktə
  • Sicil-i Osmani I cild, s. 246.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kürəkən_Ələddin_Paşa&oldid=8002637"
LOVE.AZ