. Love.az

Kureken Eli Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Kureken Eli Pasa

Kürəkən Əli Paşa (ö. aprel 1744) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Kürəkən Əli Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi aprel 1744
Fəaliyyəti dövlət rəsmisi
Atası Qoca Abdi Paşa
Həyat yoldaşı Saliha Sultan
Uşaqları Abdi Paşa
Xədicə xanım Sultan

Atası II Mustafa və III Əhməd dönəmlərində xidmət etmiş Qoca Abdi Paşa (ö. 13 noyabr 1722) idi. Müxtəlif dövlət vəzifələrində xidmət etdikdən sonra 1734-cü ilin dekabrında Əyriboz qalasının mühafizəsiylə vəzifələndirildi. Ardından 1737-ci ildə Diyarbəkir, 1738-ci ildə Rumeli, 1740-cı ildə Şam bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 30 aprel 1740-cı ildə Sultan Əhmədin qızlarından Saliha Sultanla nigahlandı.

1742-ci ildə yenidən Diyarbəkir bəylərbəyi təyin edildi və 1744-cü ilin aprelində vəfat etdi. Öncəki evliliyindən Abdi Paşa adlı oğlunun, Saliha Sultandan isə Xədicə xanım Sultan adlı bir qızının olduğu bilinir.

Övladları

redaktə
  • Abdi Paşa
  • Xədicə xanım Sultan (?-?) — Bığlı Mehmed Paşa və Fatma xanım Sultanın (IV Muradın nəvəsi) oğlu Səid Mehmed bəylə evləndi və 1 oğlu dünyaya gəldi.
    • Seyid Xəlil bəy (?-6 aprel 1782)

Mənbə

redaktə
  • Sicill-i Osmani I cild, səh. 299

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kürəkən_Əli_Paşa&oldid=7675282"
LOVE.AZ