. Love.az

Kureken Aga Mehmed Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Kureken Aga Mehmed Pasa

Ağa Mehmed Paşa (ö. 1771) — Osmanlı sultanı III Mustafa dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Ağa Mehmed Paşa
Osmanlı kaptan-ı dəryası
ƏvvəlkiQarabağlı Süleyman Paşa
SonrakıHüseyn Hüsnü Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 1771
Fəaliyyəti dövlət rəsmisi
Həyat yoldaşı Saliha Sultan

Əslən Nişli olub, Hacı Hüseyn Paşanın bacısı oğludur. Dayısının kəndxudası olaraq xidmət etdikdən sonra 1758-ci ildə baş durnaçı, 1762-ci ilin mayında yeniçəri ağası oldu. 1 noyabr 1763-cü ildə vəzir rütbəsiylə sədarət naibi, həmin ilin dekabrında isə kaptan-ı dərya təyin edildi. Bu vəzifədə ikən 1764-cü ilin mayında Sultan Əhmədin qızlarından Saliha Sultanla nikahlandı. Nikahın ardından 1765-ci ilin fevralında Vidin, aprelində Anadolu və Bosniya, 1766-cı ilin martında Rumeli valisi oldu. 1769-cu ilin mayında Hotin sərdarı təyin edildi ancaq həmin ilin sentyabrında vəzirliyi geri alınaraq Şumnuya sürgün edildi. 1770-ci ildə vəzirliklə Hələb bəylərbəyi olsa da, bölgədə aldığı sərt tədbirlər səbəbilə, ertəsi il yeniçərilər tərəfindən qətlə yetirildi.

Mənbə

redaktə
  • Sicill-i Osmani IV cild, səh. 8

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kürəkən_Ağa_Mehmed_Paşa&oldid=8026419"
LOVE.AZ