. Love.az

Kurd Saricasi - Wikipedia - Love.az

Ana Səhifə - Kurd Saricasi

Kürd Sarıcası (lat. Colias chlorocoma) — Pulcuqqanadlılar dəstəsinə, Ağ kəpənəklər fəsiləsinə aid növ. Cənubi Qafqazın subendemikidir.

Kürd sarıcası
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Pancrustacea
Yarımtip:
Altıayaqlılar
Sinif:
Həşəratlar
Ranqsız:
Dicondylia
Yarımsinif:
Qanadlılar
Budaq:
Metapterygota
İnfrasinif:
Yeniqanadlılar
Ranqsız:
Eumetabola
Ranqsız:
Tam çevrilmə ilə inkişaf edən həşəratlar
Dəstəüstü:
Panorpida
Ranqsız:
Amphiesmenoptera
Dəstə:
Pulcuqluqanadlılar
Yarımdəstə:
Xortumcuqlular
Klad:
Coelolepida
Klad:
Myoglossata
Klad:
Neolepidoptera
İnfradəstə:
Heteroneura
Klad:
Eulepidoptera
Klad:
Ditrysia
Klad:
Apoditrysia
Klad:
Obtectomera
Fəsiləüstü:
Papilionoidea
Fəsilə:
Ağ kəpənəklər
???:
Kürd sarıcası
Beynəlxalq elmi adı
  • Colias chlorocoma Hugo Theodor Christoph, 1888
Vikianbarın loqotipi
Şəkil
axtarışı
EOL  172406

Mündəricat

  • 1 Təsviri
  • 2 Yayılması
  • 3 Həyat tərzi
  • 4 Sayı
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Qorunması üçün qəbul edilmiş tədbirlər
  • 7 Qorunması üçün məsləhət görülmüş tədbirlər
  • 8 Ədəbiyyat
  • 9 Xarici keçidlər
  • 10 İstinadlar
  • 11 Həmçinin bax

Təsviri

redaktə

Ön qanadın uzunluğu 27–28 mm, bəzən 33 mm olur. Qanadlar üzərindəki naxış Qafqaz sarıcasında olduğu kimidir. Arxa qanadın kənarındakı haşiyə enlidir. Hər iki qanadın fonu yaşılımtıl – sarıdır. Arxa qanadın ortasında açıq yaşılımtıl – sarı rəngli ləkə vardır. Dişi fərddə qanadların kənarındakı haşiyə enli olub, içəri kənarı açıq rəngli ləkələrlədir.[1]

Yayılması

redaktə

Şimal – Şərqi Türkiyə, Ermənistan, Gürcüstan, Azərbaycan (Naxçıvan MR dağları, dəniz səv. 1500 – 1800 m yüksəklikdə).[2]

Həyat tərzi

redaktə

Friqanoid bitkilərlə örtülmüş quru yamaclar. Mayın ikinci yarısında iyulun əvvəlinə qədər uçuşur, səhər çağı və axşama yaxın isə çiçəkli gəvən və çaşır bitkisi üzərində qidalanırlar. Dişilər otlar üzərinə qonur və nadir hallarda kiçik məsafəyə uçurlar. Tırtıllar iyulda və avqustun əvvəlllərində tikanlı xaşanın (Onodrychis cornuta Dsv.) yarpaqları ilə qidalanır, gizli həyat tərzi keçirirlər, puplar xaşanın gövdələri üzərində qışlayır, ildə bir nəsil verir. Qida rəqibi alaca kəpənəyin tırtılları (Zygena carniolica Sc.) hesab edilir ki, onlar da həmçinin tikanlı xaşa (Onobrychis sp.) üzərində kütləvi surətdə inkişaf edirlər. Təbii düşməni və xəstəlikləri məlum deyil.[3]

Sayı

redaktə

R.Əffəndi tərəfindən 4 kəpənəyi qeydə alınmışdır. Naxçıvanda 1976-cı ildə P.İ.Bedı tərəfindən 1 fərd, O.Q.Qorbunov tərəfindən 1 fərd və M.L.Danilevski tərəfindən 1 fərd qeydə alınmışdır.

Məhdudlaşdırıcı amillər

redaktə

Dar qida ixtisaslaşması (Onodrychis cornuta Dsv.), qida rəqibinin olması, xaşa bitkisinin insanlar tərəfindən toplanaraq yanacaq kimi istifadə edilməsi, kəpənəyin yayıldığı ərazilərin otlaqlara çevrilməsi, ot örtüyünün müntəzəm surətdə biçilməsi əsas məhdudlaşdırıcı amillərdəndir.

Qorunması üçün qəbul edilmiş tədbirlər

redaktə

Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

redaktə

Kəpənəyin yayıldığı ərazilərin qorunması, bu ərazilərdə tikanlı xaşanın yanacaq materialı kimi istifadə edilməsinin qadağan edilməsi.

Ədəbiyyat

redaktə
  1. Azərbaycan Qırmızı Kitabı, Bakı, II cild, 2013.
  2. Миллер Е.Э. Чешуекрылые Кагызманского округа Карской области. М., 1923, 118 с.;
  3. Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.;
  4. Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич.обозрение, т. LI, вып. 1 - 2, 1972,с. 136 - 154, 352 - 368;
  5. Дидманидзе Э.А. Чешуекрылые аридных районов Закавказья (Lepidoptera, Rhopalocera). Некоторые группы животных аридных районов Закавказья. Тбилиси: Мецниереба, 1979, с. 43 - 114.

Xarici keçidlər

redaktə
  • Colias chlorocoma Christoph, 1888 — Kürd sarıcası

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Qırmızı Kitabı, Bakı, II cild, 2013.
  2. ↑ Миллер Е.Э. Чешуекрылые Кагызманского округа Карской области. М., 1923, 118 с.;
  3. ↑ Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич.обозрение, т. LI, вып. 1 - 2, 1972,с. 136 - 154, 352 - 368;

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kürd_sarıcası&oldid=7514581"
LOVE.AZ