Kəşfiyyat idarəsi və ya Kəşfiyyat orqanı — hüquq mühafizə, milli təhlükəsizlik, müdafiə və xarici siyasət məqsədlərini dəstəkləmək üçün təhlil və ya tədqiqat apararaq məlumat və kəşfiyyat məlumatları əldə edən dövlət orqanıdır.[1] Kəşfiyyat orqanlarının açıq və məxfi, casusluq, əks kəşfiyyat, elektron kəşfiyyat, kriptoanaliz, digər orqanlarla əməkdaşlıq və ictimai mənbələrdən istifadə etmək kimi vəzifələri var. Bu məlumatların əldə edilməsi və yayılması kəşfiyyat təhlili və ya kəşfiyyat kimi tanınır.
Daxili kəşfiyyat ilə xarici kəşfiyyat arasında bir fərq var. Daxili kəşfiyyat terrorizm və əks-kəşfiyyat kimi daxili təhdidlərlə məşğul olur. Xarici kəşfiyyat isə xarici dövlətlərin siyasi və ya iqtisadi fəaliyyəti barədə məlumatlar əldə etməyi özündə cəmləşdirir. Ən məşhur kəşfiyyat agentlikləri CIA, KGB, Mossad və MI6 hesab olunur.
Kitablar
Jurnallar