Kəşküllü[1] (fars. کشکولی Kəşkuli) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri.[2] Birinci Dünya müharibəsi ərəfəsində Kəşküllü tayfasının əsas gəlir mənbələrindən biri, Şiraz–Buşehr marşrutu üzərində yerləşən və tayfaya mənsub Kazerun bölgəsində toplanılan vergiylə əlaqədar Qaşqayı elinin elxanı İsmayıl xan Qaşqayla tayfanın başçıları arasında narazılıq yaranmış, nəticədə müharibə zamanı tayfa elxana və onun müttəfiqi almanlara qarşı ingilisləri dəstəkləmişdi. Birinci Dünya müharibəsi sona çatdıqdan sonra İsmayıl xan Kəşküllü tayfasından xana qarşı loyal olan iki tirəni ayırdı və onları müstəqil tayfalara çevirdi.[3] Beləliklə üç yeni tayfa yarandı: Böyük Kəşküllü (fars. کشکولی بزرگ Kəşkuli-yi Bozorg), Kiçik Kəşküllü (fars. کشکولی کوچک Kəşkuli-yi Kuçək) və Qaraçaylı (fars. قراچهای Qəraçee).[3]