Kədərli bazar ertəsi (ing. Blue Monday) — "ilin ən acınacaqlı günü"nün adı. Bu, adətən yanvar ayının üçüncü bazar ertəsinə təsadüf edir. "Mavi bazar ertəsi" termini 2005-ci ildə İngiltərə psixoloqu Kliff Arnall tərəfindən təqdim edilmişdir. Arnall bu tarixi meteoroloji məlumatları (qısa günlər, aşağı günəş enerjisi), psixoloji məlumatları (Yeni il qərarlarını özündə saxlamamaq şüuru) və iqtisadi məlumatları (katolik Milad bayramından bəri keçən vaxt tətil alışları üçün götürülmüş kreditlərin ödənilməsi üçün son tarixə yaxınlaşma) özündə birləşdirən riyazi düsturdan istifadə edərək müəyyən etmişdir.[1]
Kədərli bazar ertəsi | |
Təkrarlanan tarix | yanvarın üçüncü bazar ertəsi[d] |
---|---|
URL-də təsvir edilmişdir | forbes.com/sites/brucele… |
Heşteqi | bluemonday |
Bu fikir yalan elm hesab olunur.[2][3]
Psixi sağlamlıq vəziyyəti aşağıdakı düsturla təmsil olunur:
Burada:
Arnellin sözlərinə görə, o, bu düsturu səyahət şirkətinin tələbi ilə hazırlamışdır.[1]
Arnallin araşdırmasına əsaslanan "Kədərli Bazar ertəsi" aşağıdakı tarixlərdə baş tutmuşdur:
* 24 yanvar 2005-ci il
* 23 yanvar 2006-cı il
* 22 yanvar 2007-ci il
* 21 yanvar 2008-ci il
* 19 yanvar 2009-cu il
* 25 yanvar 2010-cu il
* 24 yanvar 2011-ci il
* 16 yanvar 2012-ci il
* 21 yanvar 2013-cü il
* 20 yanvar 2014-cü il
* 19 yanvar 2015-ci il
* 18 yanvar 2016-cı il
* 16 yanvar 2017-ci il
* 15 yanvar 2018-ci il
* 21 yanvar 2019-cu il
* 20 yanvar 2020-ci il
* 18 yanvar 2021-ci il
* 17 yanvar 2022-ci il
*23 yanvar 2023-cü il
*15 yanvar 2024-cü il
*20 yanvar 2025-ci il
*19 yanvar 2026-cı il
Arnall ilin ən xoşbəxt gününü iyun ayının üçüncü cümə günü kimi müəyyən etmişdir.[4][5][6][7]