. Love.az

Kelek - Wikipedia - Love.az

Ana Səhifə - Kelek

Kələk — Azərbaycan Respublikasının Goranboy rayonunun Kələk kənd inzibati ərazi dairəsində kənd.[1] 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Kələk kəndi Xınalı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kələk kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Kələk
40°43′50″ şm. e. 46°41′12″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 147 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 802 nəf. (2009)
Xəritəni göstər/gizlə
Kələk xəritədə
Kələk
Kələk

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər
  • 7 Həmçinin bax

Toponimikası

redaktə

Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin əsasını keçmiş Tiflis quberniyasının Axalkalaki rayonundan gəlmiş ailələr qoymuş, yeni yaşayış məntəqəsinə də keçmiş yurdlarının adını vermişlər. Sonralar toponimin tərkibindəki axal komponenti və kalaki sözündən isə i saiti düşmüşdür. Tədqiqatçılara görə isə, oykonim İran dillərində "qala" mənasında işlənən kalak/kələk sözündəndir, yaxud XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş kələk adlı icmanın adını əks etdirir.[3]

Tarixi

redaktə

Coğrafiyası və iqlimi

redaktə

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 802 nəfər əhali yaşayır.[4]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. ↑ Kələk // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti

Həmçinin bax

redaktə
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kələk&oldid=8143496"
LOVE.AZ