Kələklər kralı — 2005-ci ildə rejissor Rohan Sippinin çəkdiyi və prodüseri Rameş Sippi olan hindi dilli cinayət komediya filmidir. Filmdə baş rolları Abhişek Baççan, Riteş Deşmux, Priyanka Çopra, Sancay Mişra, Boman İrani və Nana Patekar ifa etmişdirlər. Bu film, 2000-ci ildə çəkilmiş Argentina istehsalı film olan Doqquz kraliça filminin remeykidir.[3] Filmin süjet xətti sevgilisi tərəfindən atılmış və ağır bir xəstəliyə düçar olduğunu bildikdən sonra ölməzdən əvvəl yeni bir şagirdinə kömək etmək qərarına gələn bir fırıldaqçıdan bəhs edir.
Kələklər kralı | |
---|---|
hind. ब्लफ़ मास्टर | |
Janr | triller filmi, komediya filmi, döyüş filmi |
Rejissor | Rohan Sippi |
Prodüser | |
Ssenari müəllifləri | Şridhar Raqhavan |
Dialoqlar | Racat Arora Şridhar Raqhavan |
Baş rollarda | |
Operator | Himman Dhamica |
Bəstəkarlar |
|
Montajçı | Amitabh Şukla |
Studiya |
Manmohan Shetty Ramesh Sippy Entertainment |
Distribütor | UTV Motion Pictures |
İlk baxış tarixi | 2005 |
Müddət | 135 dəq. |
Büdcə |
![]() |
Gəlir |
![]() |
Ölkə | |
Dil | Hind dili |
Rəng | rəngli[d] |
IMDb | ID0476527 |
Kələklər kralı 16 dekabr 2005-ci ildə buraxılmış və film tənqidçilərindən qarışıq rəylər almışdır. Film 2005-ci ilin ən çox gəlir gətirən 13-cü Bollivud filmi olmaqla yanaşı, yarım hitə çevrilərək kassa müvəffəqiyyətinə nail olmuşdur.[4]