. Love.az

Kelbeli Xan Musahib Gencevi - Wikipedia - Love.az

Ana Səhifə - Kelbeli Xan Musahib Gencevi
Bu adın digər istifadə formaları üçün bax: Gəncəvi.
Bu adın digər istifadə formaları üçün bax: Kəlbəli xan.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Kəlbəli xan Müsahib-Gəncəvi — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Kaxetiya hakimi, elçi, Cavad xanın babası.

Kəlbəli xan Müsahib-Gəncəvi
Kəlbəli xan Uğurlu xan oğlu Ziyadoğlu-Qacar
Qarabağ bəylərbəyliyi
1694 – 1702
Kaxetiya hakimliyi
1694 – 1702
Şəxsi məlumatlar
Doğum yeri Gəncə, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti
Fəaliyyəti şair
Atası Uğurlu xan Ziyadi-Gəncəvi
Uşaqları Uğurlu xan, Həsənəli xan, Hüseyhqulu xan, Rzaqulu xan, Məhəmmədqulu xan, Şahverdi xan 
Ailəsi Ziyadoğlular sülaləsi

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Mənbə
  • 4 Həmçinin Bax

Həyatı

redaktə

Kəlbəli xan Uğurlu xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. II Şah Abbas Səfəvinin (1642-1666) yaxınları cərgəsində idi. Onun göndərişi ilə İstanbula, Osmanlı sarayına elçi getmişdi.

Şah Sultan Hüseyn Səfəvinin hakimiyyətinin ilk illərində Qarabağın bəylərbəyi, 1694-cü ildən 1702-ci ilədək Kaxetiyanın hakimi olmuşdu.

Kəlbəli xanın Uğurlu xan, Həsənəli xan, Hüseyhqulu xan, Rzaqulu xan, Məhəmmədqulu xan, Şahverdi xan adlı oğulları vardı.

Kəlbəli xan şair idi. Müsahıb təxəllüsü ilə şeir yazırdı.

Yaradıcılığı

redaktə

Müsahib, eçq yolunda o könül yıxan,
Sevgini öyrənməlisən sən uşaqdan.
Ana hirslənsə brlə öz uşağına,
Uşaq qaçar yenə ana qucağına. (Sətri tərcümə)

Mənbə

redaktə
  • Çingizoğlu Ə. Qacarlar və Qacar kəndi. Bakı: “Şuşa” nəşriyyatı. 2008. səh. 336+32.

Həmçinin Bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kəlbəli_xan_Müsahib-Gəncəvi&oldid=8121839"
LOVE.AZ