. Love.az

Kelbelixanovlar - Wikipedia - Love.az

Ana Səhifə - Kelbelixanovlar

Kəlbəlixanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Kəlbəlixanovlar
Titul Xan
Əcdadı Kəlbəli xan Kəngərli
Qohum soylar Kəngərlinski, Naxçıvanskilər, Zülfüqarxanovlar Zamanbəyovlar
Mənşəyi Naxçıvan,
Təbəəliyi Naxçıvan xanlığı,
Rusiya imperiyası

Soyun yaranması

redaktə

Naxçıvan vilayəti 1828-ci ildə Rusiyaya ilhaq edildikdən sonra Kəngərlilər bir neçə qola ayrılmışdılar (Kəngərlinski, Kəlbəlixanovlar, Naxçıvanskilər, Zülfüqarxanovlar Zamanbəyovlar və s.). Kəlbəli xanın oğlu Şeyxəli xan və vərəsələrinin əksəri Kəlbəlixanov soyadında qalmışdı. Kəngərlilərin çox mühüm qollarından biri olan Kəlbəlixanovlar nədənsə çox az öyrənilib. Kəlbəlixanovların şəcərəsini ilk dəfə mərhum tarix elmləri namizədi Ə.Əliyev hazırlayıb. Naxçıvan MR dövlət arxivində olan sənədlər bizə Şeyxəli xanın nəsil şəcərəsini ətraflı təsvir etmək imkanı verir.

Soyun tanınmış nümayəndələri

redaktə
  • Şeyxəli xan Kəngərli — Kəngərlilərin nümayəndəsi, hərbçi, Azərbaycan xanlıqlarından biri olan Naxçıvan xanlığının sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, Ordubadın naibi.
  • Məmmədsadıq ağa Kəlbəlixanov — Şeyxəli Xan Kəngərlinin oğlu. Şeyxəli xandan sonra Ordubad qəzasının naibi. Çar-Rus ordusunda Ştabs-kapitan.
  • Hüseynqulu xan Kəlbəlixanov
  • Abbasqulu xan Kəlbəlixanov
  • Əliqulu xan Kəlbəlixanov
  • Kəlbəlixanov Əliqulu xan Xəlifəqulu xan oğlu

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kəlbəlixanovlar&oldid=7990348"
LOVE.AZ