Kənan Məmmədov (9 oktyabr 1946, Bakı) — Azərbaycan kinooperatoru, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000)[1], Avropa Kino Akademiyasının üzvü (2010).
Kənan Məmmədov | |
---|---|
Kənan Əzizağa oğlu Məmmədov | |
Digər adı | Kənan Əziz |
Doğum tarixi | 9 oktyabr 1946(1946-10-09) (78 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | kinematoqraf, operator |
Fəaliyyət illəri | 1976-cı ildən |
Təhsili | |
Mükafatları |
![]() ![]() |
IMDb | ID0541062 |
Kənan Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. 1965-ci ildə orta məktəbi bitirib. Hələ uşaqlıq illərində sənətkar Xan Babayevlə ünsiyyət onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1971–1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır.
Hal-hazırda eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır.
1996–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir.
2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilmişdir.[2]